14. Arıların dərmanlarla müalicəsi
İlk növbədə qeyd etmək lazımdır ki, dərmanlar heç də həmişə arıların müalicəsi üçün faydalı olmur. Bundan başqa, onların bəziləri, məsələn, antibiotiklər arılara çox böyük zərər verə bilər, çünki arıların immun sistemi pozulur.
Arılarda yoluxucu xəstəliktörədicilərin əksəriyyəti şərti olaraq patogendir. Bu o deməkdir ki, arı yuvasının mikroiqlimin mülayim şəraitində və yaxşı yemlə yetərincə qidalandıqda onlar arılarda xəstəlik törədə bilməz.
Arılara normal qidalanma və saxlama şəraitinin yaradılması xəstəliyin profilaktikası hesab olunur. Nümunə üçün nozematoz göstərmək olar. Bu xəstəliyin törədicisi - Apis nozemi dünyanın bütün arıxanalarında var, kliniki əlamətləri isə nisbətən tez-tez müşahidə olunmur. Arıların şəraiti yaxşı olan yerlərdə bu xəstəlik özünü büruzə etmir.
Varroatoza qarşı çoxlu dərmanlar var, həqiqi keyfiyyətli isə azdır. Bütün akarisid dərmanlar (gənələri öldürmək üçün) eyni zamanda insektisidlər (müəyyən dərəcədə arılar üçün də zərərli sayılan) hesab olunur. Onlar insanların istifadəsi üçün nəzərdə tutulan arıçılıq məhsullarına düşməməlidir.
Arıxanada kəskin və ya xroniki iflic halları aşkar olunduqda endoqlükin və ya endonukleazdan istifadə olunur.
Amerika və Avropa çürümələri zamanı müalicəvi şərbətə (1 hissəsi şəkər, 1 hissəsi su) 1-2 qram natrium norsulfazol, 400 min vahidində neomisin, tetrasiklin, eritromisin, oksitetrasiklin, monosiklin, 500 min vahidində streptomisin, 400 min vahidində kanamisin əlavə olunaraq istifadə olunur. Bu dərmanlardan müalicəvi məqsədlə o halda istifadə etmək olar ki, əgər laboratoriya müayinələri müsbət nəticələr göstərərsə, arıların immun sistemini pozmamaq məqsədi ilə ondan profilaktika üçün istifadə etməyin.
Para çürümə zamanı müalicəvi məqsədlə eritromisin, levomisitin, neomisindən istifadə olunur.
Hafnioz, salmonelyoz, kolibakterioz zamanı streptomisin, levomisitin, neomisindən istifadə olunur.
Spiroplazmoz zamanı tetrasiklin, eritromisin, levomisitin, neomindən istifadə olunur.
Askosferoz zamanı nistatin, askosin, askomisin, unisandan istifadə olunur. Həmçinin sarımsaq, soğan da kömək edir. Unutmayın ki, xəstəliyin qarşısını tam alan dərman yoxdur və olmayacaq. Məsələ bundadır ki, kliniki sağalmadan sonra xəstəlik təkrar yarana bilər, çünki törədici arı yuvasına nektar və çiçək tozu ilə düşür.
Kandidomikoz zamanı levorn və nistatindən istifadə olunur.
Nozematoz zamanı furmaqilin və nözimatol, həmçinin sulfadimizin, sulfadimitoksin, monomisindən istifadə olunur.
Hafnioz zamanı fumaqilindən istifadə olunur.
Kritodioz zamanı sulqindən (sulfaquandin) istifadə olunur.
Akarapidoz zamanı folbeks, etildixlorbenzilat, tidion, folbeks VA, BEF (benzil-etilformiat), xlorfinoldan (paraxlorfinol-paraxlorbenzil efiri, sulfat turşuları) istifadə olunur.
Varroatoz zamanı finotiazin, folbeks, folbeks VA, timol və kəklikotu (tərkibində timol var), qarışqa turşusu, oksafat turşusu, varroabraumin, KASS-81 dərmanı, apistan, bayvarol, fumisan, bipin, amitraz və başqa dərmanlardan istifadə olunur.