16.1. Dezinfeksiya
Arıxanada mum güvəsinə qarşı mübarizəni arı ailələrinə sistematik baxış keçirmək, böyük və kiçik güvə mumları, həmçinin onları pətəklər və şanlarda məhv etmək yolu ilə aparmaq mümkündür.
Şan anbarları və çərçivələrdə əlavə şanlarla olan digər otaqlarda, həmçinin əvvəlcədən PK-4 plyonkası ilə örtülən arısız pətəklərin gövdələrindən mum güvəsini aşağıdakı vasitələrdən biri ilə məhv edin: 100 yuva (çərçivə) şanı tutumu olan 1 kub metr əraziyə 24 saat ərzində kükürdün yanması ilə alınan 50 qram/kub metr ölçüsündə kükürd qazından istifadə edin, 100 yuva (çərçivə) şanı tutumu olan 1 kub metr əraziyə 3 saat ərzində qatılaşdırılmış (80 faiz) 200 qram/kub metr ölçüsündə sirkə turşusundan istifadə edin, 100 dolu şan üçün 80 və 50 qram/kub metr ölçüsündə bromlu metil qazları və ya OKEMB-dən birdəfəlik istifadə edin.
Mum güvəsinin sürfələrini tam məhv etmək məqsədi ilə kükürd qazı və sirkə turşusu ilə təmizləmə işini 10-12 gündən sonra bir də təkrar edin.
16.2. Dezakarizasiya
Arıların keçə bilmədiyi otaqlarda 35 gün ərzində boş pətəklər, istiləşdirici yastıqçalar, avadanlıq, şanlar və istifadədən əvvəl sağlam arılardan alınan hörülmüş şanları saxlayın. Əgər imkan yoxdursa, bu obyektləri: 200 qram/kub metr ölçüsündə kükürdü yandırmaq yolu ilə alınan kükürdü qaz və ya qazlarla 24 saat ərzində dekarizasiya etmək mümkündür, həmçinin arıçılıq obyektləri ilə olan plyonka altı boşluğu 200 qram/kub metr ölçüsündə bromlu metil və ya OKEMB-lə 10 saat ərzində dezakarizasiya etmək olar.
16.3. Deratizasiya
Siçanaoxşar gəmiricilərlə mübarizə aparmaq üçün bir neçə üsullar təklif olunur: mexaniki (tələlər, qazılan çuxurlar), bioloji (gəmiricilərə qarşı onların təbii düşmənlərini - pişik, it, kirpilər, yırtıcı quşlar, eləcə də gəmiricilərdə epizootinə səbəb olan xəstəliktörədici mikroblardan istifadə etmək və kimyəvi zəhərlərin köməyi ilə).
Arıxana və mum zavodlarında gəmiricilərlə mübarizəyə qarşı ən yaxşı yol ərazi və otağı təmiz saxlamaqdır. Payızda pətəklərdə bacaların hasarları olmalıdır, qışlama yeri, şan anbarları və hörülmüş şan saxlanılan yeşik və qutuları gəmiricilərdən yaxşı qoruyun. Bütün təsərrüfat otaqlarını təmiz saxlamaq lazımdır, qida məhsullarının qalıqları və zibili vaxtı-vaxtında çıxartmaq lazımdır. Bu cür tədbirlər həyata keçirilməklə gəmiricilər yemlərdən məhrum olur, ona görə də məkanı tərk edir.
Ac gəmiricilər tələyə qoyulan zəhərlənmiş yemi tez yeyir. Arıçılıq obyektləri tikilərkən bəzi qaydalara riayət etmək çox vacibdir. Özül və yer düz olmalıdır. Məsələn, arıxanada yer 1 metr layı olan torpaqdan olmalıdır ki, gəmiricilər orada öz yuvalarını qura bilməsin. Bütün yarıqlar və deşikləri vaxtı-vaxtında bağlamaq lazımdır, pəncərələrə şüşə və ya 1 kvadrat santimetr qovuqcuqları olan metal tor vurulmalıdır.
Gəmiriciləri məhv etmək üçün kimyəvi maddələrdən istifadə edin. Lakin bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, siçan və ya siçovullar birinci dəfə tələyə qoyulan yemi yedikdən sonra sağ qalır, 2,5 dəfədən sonra isə dərmana qarşı dözümlülük yaranır, ondan sonra isə bu cür gəmiricilər bir il ərzində tələyə qoyulan yemi təkrarən yemir.