Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Ailələrə sürətli baxış keçirilməsi nə verir?
A) Uçuş normalarından kənarlaşdırma səbəblərini aydınlaşdırır;
B) Arıların uçuşuna tamaşa etmək;
C) Arıları yığıma göndərmək;
D) Heç bir şey.
Sual 2. Ailədə qozbel sürfə varsa:
A) Ana normaldır;
B) Ana normadan geri qalır;
C) Ana yumurtalamır;
D) Ana gümrahdır.
Sual 3. Əgər bal yoxdursa, nə etmək lazımdır?
A) Təmizlik işi görmək lazımdır;
B) Gücləndirici tədbir görmək lazımdır;
C) Dərhal yemlə təmin etmək lazımdır;
D) Birləşdirmək lazımdır.
Sual 4. Arı nəcisi ilə çirklənən şanları nə etmək lazımdır?
A) Çevirmək lazımdır;
B) Əritmək lazımdır;
C) Çıxarmaq lazımdır;
D) Birtərəfli qoymaq lazımdır.
Sual 5. Əgər şan arı nəcisi ilə az çirklənibsə, nə etmək lazımdır?
A) Başqa arılara vermək lazımdır;
B) Çirklənən hissəni kəsmək lazımdır;
C) Pətəkdə saxlamaq lazımdır;
D) Yandırmaq lazımdır.
Sual 6. Tüstü körüyünü nə vaxt yandırmaq lazımdır?
A) Hər zaman;
B) İş prosesində;
C) İşdən əvvəl;
D) İşdən sonra.