2. Arı ailələrinin vəziyyətinin müəyyən edilməsi
Arı ailəsinin vəziyyəti, ilk növbədə çoxsahəli göstəricidir. Qeyd etmək lazımdır ki, arı ailəsinin həyat fəaliyyəti prosesi daimi cərəyan edən sistemdir, bu səbəbdən də onun vəziyyəti daimi dəyişir. Ailə onun ətrafında olan bütün amillərə həssaslıqla təsir edir və bu da dəyişikliklərə səbəb olur.
Məsələn, qışlama yerində olan ailənin vəziyyəti bir cür, çöldə isə başqa cür olur. Hava, bitkilərin (adətən entomofil bitkilərin) vəziyyətindən asılı olaraq ailədə daimi dəyişikliklər baş verir.
Arı ailəsində baş verən bir çox proseslərdən baş açmaq üçün onu həddindən artıq güclü orqanizm kimi təsvir eləmək və ətraflı öyrənmək lazımdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, arı ailəsində ana yumurtalayan bir fərddir (növdür). Ana arının başqa funksiyaları yoxdur və onu çox güclü orqanizmin hərəkətli yumurtalıqları kimi də təsvir eləmək olar. Ailədə sürfənin olması hamiləliyin əlamətidir.
Şanlarda bal mədədə olan yem ehtiyatlarına oxşayır. Bundan başqa, hər bir arı soyuqqanlı canlıdır, arı ailəsi isə istiqanlı heyvanların qanunlarına görə yaşayır. Məhz arı, əsasən sürfəli yuvalarda 34,5-35°C olan nisbi temperaturu qoruyub saxlayır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bu çox güclü orqanizmdə daimi dəyişilən və cərəyan edən prosesləri təsvir eləmək çətin deyil. Bütün dəyişikliklərdən ən mühümləri sürfə, yem, ananın olub-olmaması və onun keyfiyyəti hesab olunur.
Arı ailəsi həm xoş, həm də xoşagəlməz təəssüratlar bağışlaya bilər. Zəngin yığımdan bir həftə sonra ailəyə baxış keçirsəniz, bu, sizə xoş təəssüratlar bağışlayacaq.
Şanlarda çoxlu bal olur. Əksinə, bal yığımı bitdikdən sonra arılar qəzəbli olur, oğurluq etmək istəyir və s.. Çoxlu sürfənin olması və bal yığımının dayandırılması ilə ailə zəifləyir. Əgər ailədə kəskin yem çatışmazlığı olarsa, bu, sürfənin azalmasına səbəb olur.
Güləm çatışmadıqda arılar ananın qoyduğu yumurtalar və hətta sürfəni də yeyə bilər. Ac qalan ailə ölür. Bu cür halda ən son ölən ana olur. Bu cür şəraitdə də onu qoruyub saxlamağa çalışırlar.
Apiskopun köməyi və ya qulaqlarınızı pətəyin divarına qoymaq ilə arılara qulaq asın (Şəkil 2.1). Sakit səslər eşitsəniz barmağın oynaqları ilə pətəyin divarına vurun: dərhal sakitləşən mehriban yüksək səs eşidəcəksiniz, sonra isə ailə yenidən sakitləşəcək. Bu o deməkdir ki, ailə özünü normal hiss edir, onun təcili yardıma ehtiyacı yoxdur.
Pətəkdən qapaq və istiləşdirici materialları çıxardın. Arılar şanlarda daimi hərəkətlidir. Müntəzəm olaraq iş gedir. Bu isə o deməkdir ki, arılarda hər şey yaxşıdır.
Pətəyin divarları və uçuş bacasının yanında canlanma nəzərə çarpır. Üst çərçivələr qaldırıldıqda arıların ora-bura qaçdığını görmək olar, bəzi arılar qarınlarını şişirdib qanadları ilə oynayır. Bu, ananın olmamasının əlamətidir.