3. Arı ailəsinin gücünün müəyyən edilməsi
3.1. Arı ailəsinin gücünün mahiyyəti
Qeyd etmək lazımdır ki, arı ailəsinin heç bir fərdi müstəqil olaraq yaşaya bilməz. Məsələn, minimal ailə 50 min arıdan ibarət olan qrupdur ki, özü optimal şəraitdə yemlə təmin olunduqda ayrı yaşaya bilər. Bu saydan az olan arılar özlərini yemlə təmin edə bilməyəcək, yalnız özlərində olan yemlə otuz gün yaşaya bilər. Bu sayda olan arılar hətta ana olduqda arta bilmir. Məhsuldarlıq və artım üçün çox gücü olan ailələrə istiqamətlənmək lazımdır. Yayda güclü ailədə 60-80 və hətta 100 mindən çox fərd olur. Hər 10000 arı fərdi arıların 1 kiloqram çəkisidir. Bu cür ailə təbiətdə yığım və çiçək tozu olduqda nəinki inkişaf edir, hətta qışa özünü yemlə təmin edə bilir və satış üçün məhsul - bal verə bilir.
Güclü ailə xəstəliktörədicilərinə qarşı yaxşı müqavimət göstərir infeksiya və invaziya ilə mübarizə aparır. Ona görə də güclü ailələr xəstələnmir və ya xəstəliklərin öhdəsindən yaxşı gəlir. Belə ki, arıların orqanizmində törədicilər olduqda güclü ailədə nozematozun (xəstəliyin) kliniki əlamətləri aşkar olunmur. Güclü ailə bu hiyləgər xəstəliyə qarşı törədicilərə mənfi təsir göstərən arıların optimal temperatur rejimi, həmçinin orqanizmin yaxşı sağlam vəziyyəti ilə müqavimət göstərir.
Arılar virus infeksiyalarına gec-gec yoluxur.
Güclü ailələr ailənin tərkibində hər fərd üçün az yemdən istifadə edərək yaxşı qışlayır.
Güclü ailələr entomofil bitkiləri tozlandıra bilər.
Güclü ailədə yaxşı məhsuldar analar doğulur, yüksək əmək qabiliyyəti olan arılar bəslənir. Onlar ağır yük daşımağa qadirdir. Onlar çox yaşayır. Bunların hamısı güclü ailənin uzunömürlülüyünə səbəb olur. Yekunda qeyd etmək lazımdır ki, yalnız güclü ailələr arıxana xərcləri və arıçının əmək məhsuldarlığını artıran gəlir gətirə bilər.
3.2. Arı ailələrinin gücünün müəyyən edilməsi
Yalnız çəkmək, yəni çəkisini öyrənməklə arı ailəsinin dəqiq çəkisini müəyyən etmək olar. Bunun üçün arıları bütün şanlardan sirkələmək lazımdır. Praktiki olaraq bu yalnız dəqiq təcrübələr aparılarkən tələb olunur.
İstehsalat tələbləri üçün arıların olduqları çərçivə aralıqlarını saymaq kifayətdir. Məlumat üçün bildiririk ki, çərçivə aralığı iki şan arasında olan boşluqdur. Bu ölçü vahidi şərtidir və bu tərif nə vaxt keçdiyindən asılı olaraq dəyişilir.
Yada salmaq lazımdır ki, aşağı temperaturda arı ailəsi az boşluq tutur, ona görə ki, fərdlər verdikləri istiliyi qoruyub saxlamaq üçün bir-birinə yaxın olmaq istəyir.
İsti havada arı ailəsi pətəkdə çox yer tutur. Təbiətdə yığım, yəni nektar və çiçək tozu yığmaq imkanı olduqda arıların əksəriyyəti pətəkdə olmur. Onlar çiçək tozu və nektarın yığımı ilə məşğul olur.
Yuxarıda qeyd olunanlardan əlavə olaraq çərçivə aralığının ölçüsünü də nəzərə almaq lazımdır. Şərti olaraq Dadan-Blatt çərçivəsinin pətəyində olan çərçivə aralığı götürülür. Onun ölçüsü 435 x 300 millimetrdir. Bu ölçülər yatıq pətək və ikigövdəli pətəklərdə olan çərçivələrin ölçülərinə cavab verməlidir.