Hər bir ailənin vəziyyətini ayrılıqda, arıxananın vəziyyətini isə ümumilikdə müəyyən etdikdən sonra ailənin vəziyyətini yaxşılaşdıran və məhsuldarlığını artıran lazımi tədbirlər görülməli, yəni arıxananın gəliri artırılmalı, zərurət olduqda isə arı ailəsinin sayı artırılmalı, həmçinin qışlama yerləri və pətəklərin saxlanma yerləri hazırlanmalı, pətəklər və avadanlıq alınmalıdır.
Ailənin gücünün müəyyən edilməsi çox vaxtı satış və alış vaxtı əsas yaz və payız yoxlanışı zamanı, həmçinin xəstəliklərin təsiri zamanı, yığımın olduğu və ya dayandırıldığı vaxta təsadüf edir. Ətraf mühitin obyektiv şəraitini nəzərə alaraq arıçının işini qiymətləndirmək, həmçinin arıçılığa subyektiv yanaşmaq üçün arıxananın vəziyyətini müəyyən etmək çox vacibdir.
Sərbəst iş üçün tapşırıqlar