1. Arı ailəsinin gücünün mahiyyətinin öyrənilməsi
|
-
Güclü, orta, zəif arıların ümumi vəziyyətini öyrənin və bunun müqabilində tədbirlər görün.
- Güclü arıların xəstəliklərə qarşı müqavimətinin çox olmasına diqqət yetirin.
- Güclü ailələrin ailənin hər bir fərdi üçün az yemdən istifadə edərək yaxşı qışlaması, entomofil bitkiləri tozlandıra bilmələrinə diqqət edin.
- Güclü ailələrdə məhsuldar anaların doğulması, yüksək əmək qabiliyyəti olan arıların bəslənməsi, ağır yük daşımalarına qadir olduqları və çox yaşamalarına diqqət edin.
- Güclü ailələrin arıxana xərcləri və arıçının əmək məhsuldarlığını artıran gəlir gətirə bilməsini yadda saxlayın.
|
2. Arı ailələrinin gücünün müəyyən edilməsinin öyrənilməsi
|
-
Güclü, orta, zəif ailələrin yaz, yay və payızda neçə çərçivə aralığında yerləşdirilməsinə diqqət edin.
- Güclü ailələrin əmələ gətirilməsinin yolunu öyrənin.
- Arıların həyat fəaliyyətinə təsir edən amillərin ətraf mühitdən asılılığına diqqət yetirin.
|