Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Sürfəli çərçivələrdən başqa, ailədə ən azı neçə boş çərçivə saxlanmalıdır?
A) 4;
B) 3;
C) 2;
D) 7.
Sual 2. Yığımsız vaxtda süni şanı arılara vermək olarmı?
A) Olar;
B) Olmaz;
C) Az olar;
D) Vəziyyətə baxır.
Sual 3. Yığımsız vaxtda arılara necə şan vermək lazımdır?
A) Heç bir şey;
B) Boş çərçivə;
C) Ancaq hörülmüş şan;
D) Süni şan.
Sual 4. İlk baxışdan neçə həftə sonra yuvanı genişləndirmək lazımdır?
A) 5;
B) 4;
C) 1;
D) 2-3.
Sual 5. İlk yaz baxışı keçirilərkən yuvada (yatıq pətəklərdə) təxminən nə qədər bal olur?
A) 5-6;
B) 7-8;
C) 8-9;
D) 10-12.
Sual 6. Nə zaman pətəyə eyni vaxtda bir neçə şanlı çərçivə qoymaq olar?
A) Yaxşı hava şəraitində;
B) Arılar yaxşı işlədikdə;
C) Nəzarət pətəyinin çəkisi artmağa başladıqda;
D) Bütün hallarda.