Ailənin istiliktənzimləmə mexanizminin çevikliyi arıların temperatur dəyişikliyinə yüksək həssaslı olduqları ilə bağlıdır. Bu reseptorlardan istilik dərəcəsi ilə yanaşı, soyuq hissələrin birləşdirilməsi nəticəsində temperatur göstəricilərinə görə istiqamətləndirmək, həmçinin sürətli soyuqlama və havalanma prosesini idarə etmək üçün istifadə olunur.
Arı yuvalarının istiliktənzimləmə mexanizmlərinin özünəməxsusluğu eyni zamanda karbon qazının reseptorları olan istilik reseptorlarının işi ilə bağlıdır.
Bu funksiyaların eyni reseptorlarda olması mühüm bioloji əhəmiyyət kəsb edir. Arıların sıxlaşmasına səbəb olan temperaturun aşağı düşməsi yuvanın havalanmasına mənfi təsir göstərir. Ona görə aralıq maddələrin mübadiləsinin məhsulu sayılan karbon qazının miqdarı artır. Nəticədə arıların istilik reseptorları iki amil - temperatur və karbonqazının birtərəfli təsirinə məruz qalır. Bu, müəyyən reaksiyaların artmasına səbəb olur, bu səbəbdən də çox istilik ayrılır.
7.4. Sürfənin rolu
Arı yuvasında temperaturun sabitləşməsi orada sürfənin olması ilə əlaqəlidir. Məhz bu səbəbdən ailənin inkişafı dayandıqdan sonra yuvada temperatur aşağı düşür. Yüksək temperatura baxmayaraq, bir yaşdan yuxarı anaları olan ailələrdə bu halı yayın sonu müşahidə etmək olar.
Arı sürfəsinin arıları sabit temperatur rejimini qoruyub saxlamağa sövq edən dəlil kimi artıq inkişaf etmiş (təbii yol və ya digər ailələrə salmaqla orada sürfələr əmələ gəldiyi təqdirdə) arı ailələrinin yuvalarında temperaturun dəyişilməsini qeyd etmək olar. Məsələn, 230 min arı qüvvəsi olan ailədə avqustun ikinci yarısında yuvanın inkişafı dayandırıldıqdan sonra yuvanın mərkəzi və uçuş bacasının yarıqlarına söykənən çərçivə arası olan yerlərin hissələrində temperatur 28°C-dən 32,5°C-yə kimi dəyişilir.
Möhürlənmiş arı sürfəsi ilə olan çərçivələri yuvaya saldıqda (2 minə yaxın qovuqcuğu), 15-20 dəqiqə ərzində bu temperaturun 35-35,5°C-yə kimi artmasına səbəb olur. Çöldə temperatur 19° C təşkil edir. Sonradan 15° C-ə kimi (gecə vaxtları) düşür. Buna baxmayaraq, yuvanın mərkəzi hissəsində temperatur 33,8°C-dən aşağı düşmür. Beləliklə, sürfənin doğulması yuvanın temperatur rejimini tənzimləyir.
Sürfənin sayı ilə arı yuvasının temperaturu arasında əlaqənin olması bu amilə səhv tərif verilməsinə əsas olub.
Belə bir mülahizə də var ki, arı ailəsinin yuvasına istilik sürfə ilə gəlir və onunla da tənzimlənir. Arısız olan ayrılmış sürfədə aparılan tədqiqatlar göstərib ki, sürfə istilik verir, lakin heç nəyi tənzimləmir. Soyudulma zamanı istilik az olur, yüksək temperaturda isə istilik artır.
Beləliklə, sürfələrin istiliktənzimləməsi arı ailəsinin istilik balansına təsir göstərmir. İstiliyin ayrılmasında onun iştirakı arıların az fəal olduğu dövr ərzində olur, arılar qısamüddətli soyuqlar düşəndə isə sürfələrə yığılarkən öz cisimləri ilə istilik təcridedici örtük yaradır.
Bu arı və sürfənin verdiyi istiliyin qorunub saxlanmasına imkan verir. İstilik rejimi ilə sürfənin olması arasında olan əlaqə arıların temperaturu tənzimləməsinə səbəb olur. Ehtimal var ki, istiliktənzimləmə prosesi canlı sürfənin ayırdığı bəzi naməlum hormonları arıların orqanizmində oyadır.