Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Temperatur amilinin öyrənilməsi
|
-
Arı ailəsinin güclü homoyoterm orqanizm olmasını öyrənin.
- Arıların bədən temperaturunun görülən işdən asılılığına diqqət edin.
- Termogenezin əzələ fəaliyyəti ilə bağlılığını öyrənin.
|
- Arı ailəsinin temperaturunun tənzimlənməsində istiləşdirməyə reaksiyanın öyrənilməsi
|
-
Arıların öz gücü ilə birlikdə öz yuvalarının mikroiqlimini tənzimləməyə nail olmalarını öyrənin.
- Arıların hərəkətlərində yerin termik xüsusiyyətlərinin proqramlaşdırıldığını öyrənin.
- Arıların yuvanın qızmasına səpələnməklə reaksiya verməsinə diqqət edin.
- Qızmış yuvanın arıların qanadları ilə havalandırılmasına diqqət edin.
|
- Arı ailələrində soyuqlamaya reaksiyanın öyrənilməsi
|
-
Arıların yüksək fəallığı dövründə arı yuvasında qısamüddətli soyuqlamanın nəyə səbəb olduğuna diqqət edin.
- Arıların temperatur dəyişikliklərinə yüksək həssaslı olmalarına diqqət edin.
|
- İstilik tənzimləməsində sürfənin rolunun öyrənilməsi
|
-
Arı yuvasında temperaturun sabitləşməsinin orada sürfənin olması ilə əlaqəsinə diqqət edin.
- Möhürlənmiş arı sürfəsi ilə olan çərçivələri yuvaya saldıqda temperaturun nə qədər qalxmasına diqqət edin.
- Arı ailəsinin yuvasına istiliyin sürfə ilə gəlib onunla da tənzimlənməsinə diqqət edin.
|