Nəzəri biliklərin qiymətləndirilməsi
Test 8
Sual 1. Ana arı bioloji və təsərrüfat vahidi kimi nə deməkdir?
A) Ana arı, işçi arı və erkək arı;
B) Ana arı;
C) İşçi arı;
D) Erkək arı.
Sual 2. Arı ailəsi fərdlər halında yaşaya bilərmi?
A) Yaşaya bilər;
B) Yaşaya bilməz;
C) Fövqəladə hallarda olar;
D) Yoxlamaq lazımdır.
Sual 3. Arı ailəsinə bir amil kimi xarici mühit təsir edirmi?
A) Edir;
B) Etmir;
C) Şəraitə baxır;
D) Arı da şəraitlə hesablaşmalıdır.
Sual 4. Daxili amil kimi arı ailəsinin gücü xəstəliklərlə mübarizədə necə rol oynayır?
A) Güclü ailə xəstəliyi yüngül keçirir;
B) Xəstəliyə müqavimətli olur;
C) Ailənin gücü xəstəliyin qarşısını almaqda mühüm yer tutur;
D) Güclü ailə xəstəliyə tutulmur.
Sual 5. Arı ailəsinin məhsuldarlığı və yaşamasına təsir edən amillər neçə qrupa bölünür?
A) Heç bir qrupa;
B) 1 qrupda birləşir.
C) 3 qrupa;
D) 2 qrupa.
Sual 6. Arı ailəsinin məhsuldarlığı və yaşamasına təsir edən amillər hansılardır?
A) Daxili amillər;
B) Xarici amillər;
C) Daxili və xarici amillər;
D) Yoxdur.