Şəkil 9.3 - də
1 - gənc ana ilə olan ballıq ailə;
2 - yaşlı ana ilə olan kiçik ailəcik;
3 - yaşlı ana ilə olan kiçik ailə;
4 - gənc ana ilə olan ballıq ailə.
Beçələrdən bu cür istifadə edirlər: birinci halda, beçədən götürülən sürfə ilə əsas bal yığımına kimi ailəni gücləndirirlər. İkinci halda, ana ailəsi və beçə bal yığımına kimi müstəqil olaraq inkişaf edir, bal yığımı başlandıqdan sonra isə onları birləşdirin və analardan birini seçin. Bəzi arıçılar erkən bal yığımı olduqda gecikmiş beçələr yaradırlar, beçələr isə öz növbəsində əvvəlki mövsümdə və qışlamadan sonra olduğu kimi ailələr və beçələrin gücünü artırdıqdan
sonra
bal yığımından əvvəl birləşir. Bu üsulun nəticəsi
olaraq əsas bal yığımına kimi güclü ailələr yaratmaq,
həmçinin müəyyən dərəcədə beçəvermənin
yaranmasının qarşısını almaq mümkündür.
Sərbəst iş üçün tapşırıqlar