Nəzəri biliklərin qiymətləndirilməsi
Test 10
Sual 1. Ziyanverici arılar bal arılarına necə ziyan vurur?
A) Yem oğurlayır, arıları öldürür və xəstəlik yayır;
B) Xəstəlik yayır;
C) Arıları öldürür;
D) Yem oğurlayır.
Sual 2. Davamsız artım zamanı güvənin beş cüt nəsli nə qədər mum məhv edə bilər?
A) 100 kiloqram;
B) 500 kiloqram;
C) 200 kiloqram;
D) 300 kiloqram.
Sual 3. Siçanlar arılara necə ziyan verir?
A) Arıları yeyir;
B) Yuvada balalayır;
C) Arı, mum və şanları yeyir;
D) Pətəyin taxtalarını gəmirir.
Sual 4. Mum güvəsinin ziyanı nədir?
A) Anaya xətər yetirir;
B) Sürfələri yeyir;
C) Arının uçuşuna mane olur;
D) Mumları dağıdıb məhv edir.
Sual 5. Qarışqalar arılara necə ziyan vurur?
A) Virus yayır;
B) Şanları çirkləndirir;
C) Arıların hərəkətinə mane olur;
D) Bal oğurlayır.
Sual 6. Qarışqalar üçün qarışqasız yer seçilməlidir, yoxsa yox?
A) Qarışqasız yer seçilməlidir;
B) Qarışqalı yer seçilməlidir;
C) Qarışqa az olan yer seçilməlidir;
D) Bunun əhəmiyyəti yoxdur.