Dəyişən xərclər həm arı ailələrinin sayı, həm də istehsal olunan balın həcminə görə dəyişir. Bundan başqa, arıçılıqda yaz və yay mövsümündə arılara qulluq işlərinin artırılması ilə əlaqədar işin həcmi də payız və qışa görə daha çox olur. Bu da yaz və yay aylarında xərclərin daha çox olmasına səbəb olur. Dəyişən xərclərə əsasən aşağıdakılar aiddir:
İstehsal xərcləri toplandıqdan sonra gəlirdən xərc çıxılmaqla xalis gəlir əldə edilir. Arıçı tərəfindən balın satılmasının iki üsulu vardır: pərakəndə və topdansatış. Böyük arı təsərrüfatı məhsullarını satmaq üçün daha çox topdansatışa üstünlük verilir. Belə ki bal süzülür, iri qablara yığılır və emal olunmaq üçün digər müəssisələrə yola salınır. Lakin arıçılar məhsullarını yerli bazarda pərakəndə də sata bilərlər. Satış üsulundan asılı olaraq əldə olunan gəlir də dəyişir.
Biznesin davamlı fəaliyyət göstərə bilməsi üçün təsərrüfatda müsbət pul axını olmalıdır. Lakin bir çox sahələr, o cümlədən arıçılıqda xərc və gəlirlərdə il ərzində kəskin dalğalanmalar baş verə bilər. Bu cür dalğalanmaları aradan qaldırmaq üçün gəlir və xərclərin düzgün planlaşdırılması lazımdır. Xərclərin ödənilə bilməməsi arı təsərrüfatının fəaliyyətinə mənfi təsir edə bilər.
Arıçılıq təsərrüfatında gəlirin artırılması üçün ilk öncə gəlir və xərclərin strukturuna diqqət etmək lazımdır. Əgər hər hansı lazımsız xərclər varsa, həmin xərclər ya tamam kəsilməli, ya da mümkün qədər azaldılmalıdır. Xərclərin azaldılması aşağıdakı yollarla həyata keçirilə bilər.
Arı təsərrüfatının fəaliyyət göstərdiyi tikili icarəyə alına bilər, xərcləri azaltmaq üçün daha kiçik tikili icarə oluna və ya yeni tikili yerinə köhnə tikili alınıb yenilənə bilər. Bundan başqa, arıçılıq üçün lazım olan ərazidə izafi torpaq sahəsinə investisiyalar azaldıla bilər. Bir çox arıçılar xərcləri azaltmaq üçün yeni avadanlıq və arılardan istifadə etmirlər. Beləliklə, torpaq, arılar və avadanlığa yatırılan investisiyalar azaldıla bilər.
Bundan başqa, arıçılıq biznesinə başlamaq üçün bankdan kredit götürmək tələb oluna bilər. Bu zaman faiz xərclərini azaltmaq üçün krediti mümkün qədər aşağı faizlə almaq və uzunmüddətli cəlb etmək məqsədəuyğundur.
Əmək qüvvəsi arı təsərrüfatında əsas xərclərdən biridir. Bu baxımdan, işlərin mümkün qədər arıçıların özləri tərəfindən həyata keçirilməsi xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Yalnız ehtiyac olduqda əlavə işçi və ya ixtisaslı mütəxəssisə müraciət etmək məsləhətdir.