Bildiyimiz kimi bütün digər məhsullar kimi arı məhsullarının qiyməti də keyfiyyətinə görə dəyişir. Xüsusilə son zamanlar orqanik məhsullara tələb artmaqdadır. Bunun da səbəbi həmin məhsulların qatqılardan kənar olması və təbii yolla yetişdirilməsidir ki, bu da insan sağlamlığına daha xeyirlidir. Təbii ki, orqanik məhsulların qiyməti də digərlərinə görə daha yüksək olur. Bu səbəbdən arıçılar orqanik standarta uyğun bal istehsal etməklə daha çox gəlir əldə edə bilərlər.
Arı ailələrinin sayının azaldılması dəyişən xərclərin azalmasına səbəb olur. Daha az arı ailəsinin olması, həmçinin ərazinin də az olması deməkdir. Daha az arı ailəsi saxlanmaqla daha çox məhsul tədarükü (misal üçün, bal) intensiv fəaliyyət hesab olunur. Əksər arıçıların qənaətinə görə intensiv arıçılıqla məşğul olmaq uzunmüddətli dövrdə daha çox gəlir gətirir.
Sərbəst iş üçün tapşırıqlar
|