Sizin ərazidə arı məhsullarının hansı qablaşdırılma formaları olduğunu müşahidə edin.
Məhsulun keyfiyyətini saxlamaq şərti ilə arı məhsullarının qablaşdırılmasının təkmilləşdirilməsi
yolları haqqında düşünün.
Müştəriləri cəlb etmək baxımından qablaşdırmanın təkmilləşdirilməsi yolları haqqında təkliflər
hazırlayın.
İstehlakçılar arasında kiçik sorğu apararaq arı məhsullarını hansı növ (plastik, şüşə və s.)
qablarda almağa üstünlük verdikləri və seçimin səbəblərini öyrənin.
Arı məhsullarının satışı həyata keçirilən yerlərdə qabların üzərində etiketləmənin standartlara
uyğun olub-olmamasını müəyyənləşdirin.
Satış yerlərində müştərilərin məhsul seçərkən daha çox etiketdəki məlumatlar, yoxsa satıcılarla
ünsiyyətə üstünlük verdiklərini müşahidə edin.
Müşahidələriniz və nəticələrinizi sinif yoldaşlarınızla mübadilə və müzakirə edin.