Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Arı məhsullarının qablaşdırılmasına hazırlıq |
- Növü və formasından asılı olaraq hər bir arı məhsulu (bal, arı südü, vərəmum, çiçək
tozu) üçün müvafiq qabı müəyyənləşdirin.
- İstifadə edəcəyiniz qabı yuyun (təmizləyin) və silərək qurudun.
- İşi görəcəyiniz ərazinin (tikilinin) rütubət, təmizlik və temperatur baxımından
tələblərə cavab verdiyinə əmin olun.
|
2. Arı məhsullarının qablaşdırılması |
- Təmiz əlcək və iş paltarlarınızı geyinin.
- Gigiyenik qaydalara uyğun olaraq məhsulları müvafiq qaydada qablaşdırın.
- Qapağı bağlayarkən qabın hava keçirməməsinə əmin olun.
- Hər bir məhsulu xüsusiyyətlərinə uyğun olaraq ayrı-ayrılıqda sərin yer və ya soyuducuya
yerləşdirin.
|
- Məhsul üçün etiketin dizayn edilməsi və qabların etiketləşdirilməsi
|
- Məhsulun cəlbediciliyini təmin etmək üçün müvafiq etiket haqqında düşünün və kağız
üzərində layihəsini çəkin.
- “Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq etiketlərin üzərində tələb olunan
məlumatları daxil edin.
- Hazır etiketləri arı məhsulu ilə doldurulmuş qabların üzərinə yapışdırın.
|