Arı ailələri özlərini sağalda biləcək formada yetişdirilməlidir. Orqanik arıçılıqda tətbiq olunan metodlar elə hazırlanmışdır ki, arı ailələri özlərinin müalicəvi gücünü saxlasın və artırsın. Varroatoz parazitinə qarşı aşağıdakı metod və maddələrin istifadəsinə icazə verilir:
Arı ailələrinin müalicəsi axırıncı bal yığımından nektar yığımı başlanılmasına 6 həftə qalmışa qədər olan dövrdə həyata keçirilə bilər.
Yeni arı ailələri və ya ana arıların yalnız orqanik sertifikata malik arıxanalardan alınmasına icazə verilir. Yad arı qruplarının tutulmasına o halda icazə verilir ki, bu qruplar bütün arıların il ərzində 10 faizindən çoxunu təşkil etməsin. Ənənəvi arıçılıqdan arılar ailələrə daxil edildikdə onlar orqanik arıçılığa çevrilmə prosedurunu keçməlidir.
Balın təbii inqrediyentləri ayrılma, saxlanılma və konservasiya zamanı mümkün qədər az dəyişikliyə məruz qalmalıdır.
Bal mumu və balda qalıqların olmaması üçün axırıncı bal süzümü dövründən nektar yığımının başlanmasına 12 həftəyə qədər qalmış müddətdə əsas yağlardan (timol qatqıları) istifadə etmək olar. Lakin bu müddət 8 həftədən çox olmamalıdır.
Arılar baldan mümkün qədər zərərsiz olaraq çıxarılmalıdır (məsələn: əsdirici, fırça, ventilyator və s.-dən istifadə edilməklə). Balın təmizlənməsi üçün kimyəvi qovucu maddələrin istifadəsi və arıların öldürülməsi yolverilməzdir.
Balın süzülməsi üçün paslanmayan polad, şüşə və zərərli olmayan plastik qablardan istifadə olunmalıdır. Balın süzülməsi haqqında məlumatlar (arı pətəyi nə vaxt çıxarılıb, nə vaxt bal süzülüb, yığılan balın miqdarı və s.) qeydə alınmalıdır (Şəkil 4.6). Əyirmə, filtrdən keçirmə zamanı və ya bal kristallaşarsa, 38° C-dən yuxarı qızdırılmamalıdır.
Bal yalnız zərərsiz materiallardan hazırlanmış qablar, həmçinin qaranlıq, sərin və quru yerdə saxlanılmalıdır.