Şəkil 4.7. Arı çiçəkdən qidalanarkən
Şəkil 4.8. Arıların bakterial xəstəliklərinə qarşı istifadə olunan antibiotik
4.13. Nə üçün orqanik bal?
Qidada pestisid və gübrə qalıqlarının olması ehtimalı vardır. Belə ki:
- Arıların üzərində pestisid, sintetik gübrələr və ya genetikası dəyişdirilmiş bitkilərin tozcuqları
olan çiçəklərdən qidalanması ehtimalı vardır (Şəkil 4.7);
- Arı xəstəliklərinə qarşı antibiotiklərdən istifadə oluna bilər (Şəkil 4.8);
- Arı balında yaranan qalıqlar:
- Bal arılarının xəstələnməsinə qarşı istifadə olunan dərmanlar;
- Ətraf mühitin çirklənməsi.
4.14. Qalıqların səbəbləri
Arı balında qeyri-orqanik qalıqlar aşağıdakı səbəblərdən yarana bilər:
• Ətraf mühitdən;
• Ağır metallardan;
• Radioaktiv maddələrdən;
• Genetikası dəyişdirilmiş bitkilərin tozcuqlarından;
• Pestisidlərdən;
• Bakteriyalardan.
Qalıqlar, həmçinin arıçıların xəstəliklərə qarşı tədbirlər nəticəsində də yarana bilər. Misal üçün:
• Varroatoz gənəsinə qarşı dərmanlar (arıyeyən böcək);
• Arıların bakterial xəstəliklərinə qarşı istifadə olunan antibiotiklər;
• Taxta qoruyucularının qalıqları;
• Bal yığımında istifadə olunan kimyəvi maddələr.
4.15. Orqanik standartlar
Orqanik standart orqanik məhsulun necə hazırlanmasını göstərən qayda və tənzimləmələrdir:
- Orqanik standart istehlakçının orqanik standartlara uyğun əsl təbii məhsul aldığını göstərir;
- İdxal olunan orqanik məhsulların müvafiq standartlara uyğun hazırlandığı və yoxlanıldığını
göstərir;
- Orqanik inqrediyentlərin hansı fermerlər tərəfindən hazırlandığını göstərir.