|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Sizin ərazidə fəaliyyət göstərən bazar və ya mağazalarda hansı növ bal məhsullarının satıldığı ilə
maraqlanın.
2. Satıcılardan nə üçün bu məhsulları bu bölgədə satdıqlarını müəyyənləşdirin.
3. Alıcıların daha çox hansı məhsullara üstünlük verdiklərinə baxış keçirin.
4. Bu məhsulların satışına daha çox hansı faktorların təsir etdiyini müəyyənləşdirin.
5. Alıcılardan bu məhsullar haqqında nə dərəcədə məlumatlı olduqlarını soruşun.
|
Praktiki tapşırıqlar və fəaliyyətlər
|
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Arıçılıq məhsullarının adlarını qeyd edin. |
- Arıçılıq məhsullarının marketinqi zamanı yer və qiymət faktorlarının təsir mexanizmini
öyrənin.
- Bal məhsullarına əvəzedici məhsulların hansılar olduğu və hansı halda onlara üstünlük
verilə biləcəyi haqqında məlumat toplayın.
- Şəkildəki məhsullardan hansılarının daha çox kosmetikada istifadə olunduğunu
müəyyənləşdirin.
- Bu məhsulların faydaları haqqında məlumatlar toplayın.
- Bu faydalardan istifadə edilərək məhsulların marketinqinin həyata keçirilməsinə bəzi
misallar çəkin.
- Gördüyünüz işlərin dəftərdə ayrı-ayrılıqda qeydiyyatını aparın.
- Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və
doğru təsvir edin.
|