Arılar nektar və toz toplamaq üçün, adətən 5-6 kilometr (km) məsafəyə qədər uçur. Lakin intensiv toplama 3 kilometr ətrafda olur. Ona görə də bu 3 kilometrə qədər məsafədə zərərli amillərin (çox işlək olan avtomobil yolları və ya tüstü və kimyəvi tullantılar buraxan zavodlar) olmaması çox vacibdir. Bu amillərin təmin olunduğu ərazilərdə hazırlanan bal orqanik baldır. Orqanik bal vitaminlər, fermentlər və amin turşuları ilə zəngin təbii məhsuldur.
Orqanik bal təmiz, kimyəvi maddələr olmayan sahələrdən toplanır və tərkibində kimyəvi, tibbi və ya antibiotik qalıqlar olmur. Əgər arı yazdan payıza qədər davamlı olaraq çiçək tozu və nektar toplaya bilərsə, bu cür qidalanma onları arı xəstəliklərindən qoruyar.
Arıçılar zərərli kimyəvi maddələrə yoluxmuş məhsullardan çəkinməlidirlər. Məsələn, orqanik üsulla məhsulların toplanması vaxtı kimyəvi tüstü verilməməlidir. Çünki kimyəvi tüstü məhsula hopacaq və məhsul orqanik hesab olunmayacaq. İstehsal orqanik olmasa belə, arı məhsulları zərərli maddələrlə yoluxmamalıdır. Məsələn, bal emalı prosesində kənardan zərərli hissəcikləri çəkə bilər. Ona görə də bu cür yoluxmalardan yayınmaq vacibdir.
Arıçı məhsulların satış və gəlirinin artırılması ilə bağlı dayanıqlılığını saxlamaq üçün aşağıdakı marketinq fəaliyyətlərini həyata keçirə bilər.
Arıçılar bazar ehtiyaclarını daha yaxşı başa düşmək və bu ehtiyacların qarşılanması bacarığını yüksəltmək üçün istehsal etdikləri məhsullar üçün tələbi artıra bilərlər. Bunu həyata keçirmək üçün onlar fərdi və ya digərləri ilə əməkdaşlıq formasında yeni bazarlar və ya məhsulları müəyyənləşdirməli, yaxud da reklam vasitəsilə mövcud tələbi artırmalıdırlar. Ən çox müraciət edilən yanaşma tələbatın mövcud səviyyəsində gəlirləri artırmaqdır. Beynəlxalq təcrübədə olduğu kimi könüllü marketinq təşkilatları yaradıla bilər. Bunun iki məqsədi var: istehsalçının bazardakı rolunu artırmaq və marketinq risklərini azaltmaq, bölgü, texnologiya, yerləşdirmə və əməliyyat sistemlərinin miqyasını optimallaşdırmaq və marketinq kanalları və xidmətlərini tənzimləməklə marketinq xərclərini azaltmaq. Arı məhsulları üçün tələbi artırmaq üçün əsas potensial birbaşa satışlardır. Çünki müştərilər əvvəl məhsulların faydalarını öyrənir və sonra tələb yaradırlar.
İstehsal xərclərini azaltmaq arıçılar arasında son illərdə ən əsas fəaliyyətlərdən olmuşdur. Belə ki, istehsal texnologiyasında bir sıra irəliləyişlər olmuşdur ki, bu da məhsuldarlığı artırmışdır. Bu isə marketinqin dayanıqlılığını saxlamaq və rəqabət qabiliyyətli olmaq üçün vacib amillərdən biridir.
Məhsulun toplanması, emalı, saxlanması, daşınması və s. kimi bütün fəaliyyətlər materialların israf edilməməsi və ya səmərəli istifadəsini təmin etməlidir. Arı saxlamaq üçün eyni pətək və ya məhsulun toplanması üçün eyni qabları bir neçə dəfə təkrar işlətmək buna misal ola bilər.