İkinci halda isə əvəzedici məhsulların xüsusi dəsti üçün eyni anda strategiya tətbiq edilir.
Çox vaxt bu strategiyada əvəzedici məhsullar dəstinin qiyməti o məhsulların ayrı-ayrı satılmasından daha
ucuz olur. Alıcıların daha ucuz qiymətə üstünlük verdiyi və məhsula ehtiyacı olduğu hallarda bu
strategiya yaxşı effekt verir.
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Tanıdığınız arıçılardan məhsul istehsalı zamanı istehlakçıların ehtiyac və istəklərini nə dərəcədə
diqqətə aldıqları ilə maraqlanın.
- Sizin ərazidə fəaliyyət göstərən arıçıların ətraf mühit məsələlərinə nə dərəcədə əhəmiyyət verməsini
müəyyənləşdirin.
- Ətrafda orqanik məhsulun tələblərinə cavab verən arı məhsulunun hazırlanıb-hazırlanmadığını
aydınlaşdırın.
- Qənaət məqsədilə material və avadanlıqlardan təkrar istifadə edilirmi? Edilirsə, material və
avadanlıqların təkrar istifadəsində gigiyenik qaydalara əməl olunurmu?
- Ərazidə hansı marketinq strategiyalarına müraciət olunduğunu müəyyənləşdirin.
- Müştərilərin sadiqliyinə nail olmaq üçün hansı üsullardan istifadə edildiyini aydınlaşdırın.
- Müşahidələriniz və nəticələrinizi sinif yoldaşlarınız və müəllimlərinizlə müzakirə edin.