Məhsulun təsərrüfatdan (istehsalçıdan) istehlakçıya çatdırılmasında keçirilən mərhələlər marketinq zənciri adlanır. İstehsalçı ilə istehlakçı eyni kənd, ərazidə yaşayacaq qədər yaxın və ya başqa bir şəhər, ölkədə yaşayacaq qədər uzaq ola bilər. Məhsulun istehlakçıya çatdırılması zamanı həyata keçirilən fəaliyyətlər xərc tələb edir. Xərcin ən az çıxdığı hal arıçı istehsal etdiyi məhsulu (Şəkil 1.1) yaxınlıqdakı bazara aparıb məhsulunu satmasına sərf etdiyi vaxtdır. Ən çox xərc tələb edilən hallarda isə hazırlanan məhsul anbarda uzun müddət saxlanıla, uzun məsafələrə daşına və ya son istehlakçıya çatdırılanadək bir neçə dəfə emal oluna bilər. Başqa sözlə, marketinq zənciri nə qədər mürəkkəb və uzun prosesdən ibarətdirsə, marketinq xərcləri də o qədər yüksək olar.
Arıçılıq fəaliyyəti və biznesinə başlamaq ilkin mərhələdə az pul tələb edir. Arı ailələri asanlıqla təbiətdən tutula və ya digər arıçılardan alına bilər. Bir çox ölkələrdə ənənəvi sadə arı pətəkləri, bəzi ölkələrdə isə daha mürəkkəb quruluşa malik olan arı pətəklərindən istifadə edilir. Hər bir halda, arıçılıq biznesinə başlamaq üçün tələb olunan maliyyə digər kənd təsərrüfatı sahələrindən az tələb olunur.
Arıçı öz gələcək yaşayışı və fəaliyyətini təmin etmək üçün hazırladığı məhsulların satışından mənfəət qazanmalıdır. Mənfəət məhsulun satışından əldə edilən pulla məhsulun istehsalı və marketinqinə çəkilən xərc arasındakı fərqdir. Ona görə də arıçı üçün məhsulun istehsal dəyəri, məhsulun istehsalı, onun marketinqi və satışına çəkilən xərclərin hesablanması, mənfəət verə biləcək satış qiymətinin müəyyənləşdirilməsi çox vacibdir.
Xammalı almaq, məhsulları istehsal etmək və onların marketinqini aparmaq xərc tələb edir. Bu xərclərə taxta, alətlərin alınması, saxlama yerinin kirayəsi, daşıma, emal prosesi və s. üçün ödənişlər etmək tələb edilir. Bu ödənişlər xərclərə aid edilir. Xərclər öz növbəsində iki növə ayrılır: dəyişən və sabit xərclər.
İstehsal və ya marketinq artdıqca artan xərclər dəyişən xərclərdir. Başqa sözlə, dəyişən xərclər yalnız məhsulun istehsalı və ya marketinqi zamanı baş verir. Arıçılıqda dəyişən xərclərə, əsasən işçi qüvvəsi, əlavə qidalandırma, daşıma xərcləri, qablaşdırma və digər xərclər aiddir. Məsələn, satış üçün daha çox bal emalı nəzərdə tutulursa, onda emalı həyata keçirmək üçün daha çox işçi qüvvəsinin cəlb olunması tələb olunur (Şəkil 1.2). Emal artdıqca əmək haqqı üçün çəkiləcək xərc də artdığı üçün burada işçi qüvvəsinə çəkilən xərclər dəyişən xərclərdir. Yazın əvvəllərində bitkilərdə çiçək şirəsi və nektar hələ hazır olmadıqda arı ailələrinin sağ qalması,