Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Ana arının arı ailəsinin nəslini davam etdirmə gücünün öyrənilməsi
|
- Arı ailəsində bir ananın olması və ananın işçi arılardan fərqlənməsinə diqqət edin.
- Ananın, adətən qovuqcuqda bir yumurta qoyması, lakin müəyyən səbəblərdən iki və daha çox
yumurta qoya bilməsi və onun səbəblərini öyrənin.
- Ananın bir gündə nə qədər yumurtlaya bilməsi, onun yemə olan ehtiyacının öz bədən
çəkisindən daha çox olması və ananın ətrafına çoxlu yemləyici arıların yığılma səbəbini
öyrənin.
|
- Ananın irsi xüsusiyyətlərinin öyrənilməsi
|
- Ananın irsi xüsusiyyətlərinə görə fərqlənən mayalanmış və mayalanmamış yumurtalar
qoymasına diqqət edin.
- Ana arını işçi arıdan fərqləndirən xüsusiyyətləri öyrənin və bunun gələcək işiniz üçün
əhəmiyyətini yadda saxlayın.
- Mayalanmış və mayalanmamış yumurtalardan hansı növ arıların çıxmasına diqqət edin.
- Mayalanmış yumurtalardan doğulmuş arılar və analarda ana və erkək arının irsi
xüsusiyyətləri, erkək arılarda isə yalnız ananın irsi xüsusiyyətlərinin olmasına diqqət
edin.
|
- Ananın çıxarılması yollarının öyrənilməsi
|
- Çoxlu analıqların alınması üçün lazımi yaşda olan sürfələrin olması və bu sürfələrin
böyük incəlik və dəqiqliklə bəsləyici ailələrə köçürülməsinə nail olun.
- İşin dəqiqliyini təmin etmək üçün təcridxanadan istifadə etməyi öyrənin.
- İnkubasiya dövründən sonra (inkubasiya 72 saat 35 dərəcə Selsidə keçir) çərçivənin
çıxarılması və prosesin davam etdirilməsini öyrənin.
- Məhsuldar analar almaq üçün bəsləyici ailəyə yaz və yayda nə qədər sürfə verməyi
öyrənin.
|