Arı ailəsində yalnız bir ana olur. Ailənin xasiyyəti və hərəkətini ananın keyfiyyəti, yəni çoxlu yumurta qoymaq qabiliyyəti və arılara keçən irsi xüsusiyyətləri müəyyən edir (Şəkil 2.1). Arı ailəsi ilə birgə olan ananın fəaliyyətindən ailənin məhsuldarlığı, yem yığma qabiliyyəti, sürfənin bəslənməsi və digər amillər asılıdır.
Əgər ailədə ana arıları nə ilə isə qane etmirsə, onlar onu əvəz edir. Bu proses ananın sakit əvəzlənməsi adlanır. Arıçı ananı o halda əvəz edir ki, ananın yaşadığı ailə çox beçə verir, məhsuldarlığı az olur və ya iki ildən çox yaşı olur. Elə hallar da olur ki, ailə ananı itirir, onda dərhal ananı yerləşdirmək lazımdır. Ananın ailədə olmaması böyük çatışmazlıqdır və belə demək olarsa, xəstəlikdir. Ananın itkisi “arı ailəsi” olan güclü orqanizmin kəskin patologiyasıdır, çünki ailə artma xüsusiyyətini itirir, bu da onun ölümünə səbəb olur. Bundan başqa, ananın ailədə olmaması onun işgüzarlığına mənfi təsir göstərir və onun işini pozur.
Bu səbəbdən ananın olmamasına dərhal reaksiya verilməlidir, yaxşı göstəricilər göstərməyən ananın isə əvəzolunması lazımdır. Arıxanada bu işlər ilk növbədə görülməlidir.
2.1. Ananın əvəzlənməsiBaxmayaraq ki, ana 5 il, bəzi hallarda isə daha çox yaşaya bilər, ana yalnız əvvəlki iki mövsüm ərzində sürətlə yumurta qoyur. Ona görə də əksər anaları iki ildən bir əvəz etmək lazımdır (Şəkil 2.2). Başqa sözlə, cari ildə, inişildə doğulan analar dəyişilməlidir. Arıxanada yalnız çox dəyərli analardan bir mövsümdə istifadə olunacaq.
Aydın məsələdir ki, zədələnmiş analar və ya pis yumurtalayan anaları yaşından asılı olmayaraq ilk fürsət düşdükdə əvəz etmək lazımdır.
Anaları əvəz edərkən ananın müəyyən ailənin tərkib hissəsi, müəyyən dərəcədə bioloji olaraq ailə ilə bağlı olduğunu mütləq nəzərə almaq lazımdır. Ona görə də ən yaxşısı, yüksək məhsuldarlı olan ailələrdə düşünülməmiş şəkildə ananın daha az məhsuldarlığı olan digər ana ilə əvəzolunması olmaz.
Az məhsuldarlığı olan ailələrdə anaların yaxşı şəraitdə yetişdirilmiş və yaxşı ailələrdən doğulmuş analarla əvəzolunması lazımdır. Bu cür analar o ailələrin məhsuldarlığının artmasına kömək edəcək.