Şanda ananı tapın, arıların güclü uçuşu zamanı onu götürün və əvəzinə gənc mayalanmış ana verin. Yaxşı yığım zamanı bu üsuldan istifadə etmək daha əlverişlidir.
Yaşlı ananı götürün və həmin gün axşama 2-3 saat qalmış bacadan həmin ailədən olan üzərinə yüngülvari bal çəkilmiş gənc mayalanmış ananı buraxın. Bir çox hallarda bu, müsbət nəticə verir. Yaşlı ananı götürün. Gənc ananı yem və boş qovuqcuqlar olan şana buraxın ki, ana orada yumurta qoya bilsin, həmçinin onu gənc arılarla birlikdə iri ana qapağı ilə örtün. Yaxşı olardı ki, çıxardıqda qapağın üzərində sürfə olsun. Qapağın altında olan ana ilə çərçivəni yenidən yuvaya qoyun. Bu cür şəraitdə ana yumurtalamağı dayandırmır və ona görə də arılar tərəfindən yaxşı qəbul olunur. Bütün hallarda arılar ananı qəbul etmədikdə ailənin yuvasına baxış keçirin, qəbul edilməməsinin səbəbini öyrənin və aradan qaldırın (ola bilər ki, ailədə ana və ya analıq var), ailəni yaxşı yemləyin və yalnız bundan sonra ailəyə digər ananı verin.
Arıların uçuşu dayandırıldıqdan sonra axşam vaxtı anaları yerləşdirin.
Yığım olan vaxt anaları yerləşdirin. Yığım olmadıqda yerləşdirilməzdən əvvəl, yerləşdirilən gün və yerləşdirildiyi günün səhəri ailəyə şəkər şərbəti verin.
Yaxşı, isti, küləksiz havada anaları yerləşdirin. Arıları isti tüstü ilə acıqlandırmayın, hücum olunarkən anaları yerləşdirməyin. Ana çıxarıldıqdan 2-3 saat sonra yeni ananı yerləşdirin. Onda arılar kimsəsizləşdiklərini hiss edəcək, lakin analığı hazırlamağa başlamayacaq.
Təlaşlanmış arıları çox hirsləndirin, məsələn çərçivələrdən sirkələyərək, onda onlar ananı öldürməyə çalışmayacaq.
2.4. Arılarla birlikdə ananın yerləşdirilməsiArı ailəsindən ananı seçin, bir tərəfdən yuvasını qurun, aşağı hissədən isə ayırıcı taxtaya yapışdırılmış qəzet zolağını qoyun. Axşam vaxtı arıların uçuşu dayandıqdan sonra ailəcikdən bütün arı və analarla olan çərçivələri pətəyin boş yerinə keçirin. Ertəsi gün axşam tüstüdən istifadə etmədən ehtiyatla ayırıcı taxtanı çıxardın, iki gündən sonra isə ailəyə baxış keçirdin və yuvanı səliqəyə salın (Şəkil 2.8 və Şəkil 2.9). Axşam vaxtı 2-3 saat əvvəl anasız qalmış ailənin pətəyinə ikinci gövdə və ya iki calaq qoyun. Bundan əvvəl yuva çərçivələrinin üstündən yuxarı hissədə bir vərəq qəzet kağızı qoyun və gövdə ilə (calaq ilə) sıxın.
İkinci gövdəyə kiçik ailədən arı və ana ilə olan çərçivəni keçirdin, onları ayrıcı taxtalarla hasara alın, yuxarı hissəsini isə qızdırın. Arılar qəzetdə yarıqlar açacaq, tədricən birləşəcək və ananı qəbul edəcək. Ailələrə baxış keçirdin və üç gündən sonra yuvanı səliqəyə salın.