|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 2
Sual 1. Yaşlı ana götürülənədək ailəyə analıq qoymaq olarmı?
A) Qoymaq olmaz;
B) Olar;
C) Fövqəladə hallarda olar;
D) Arıçı istəsə, qoya bilər.
Sual 2. Ana qəfəscikdə çərçivələrin arasına qoyulduqdan neçə saat sonra qəfəsciyə baxış
keçirilməlidir?
A) 18-20;
B) 15-20;
C) 12-24;
D) 10-12.
Sual 3. Arılar ananı qəbul etmədikdə nə etmək lazımdır?
A) Yeni ana vermək lazımdır;
B) Baxış keçirmək lazımdır;
C) Çərçivələri artırmaq lazımdır;
D) Arıları yemləmək lazımdır.
Sual 4. Ananı qapağın altında verilməsinin əhəmiyyəti nədir?
A) Ana qorxmur;
B) Ana yumurtlamağı dayandırmır;
C) Arılar yaxşı işləyir;
D) Arıçı sevinir.
Sual 5. Anaları nə vaxt yerləşdirmək lazımdır?
A) İstənilən vaxt;
B) Günorta;
C) Səhər;
D) Axşam vaxtı.
Sual 6. Arılar ananı nə vaxt dəyişir?
A) Arıları nə isə qane etməyəndə;
B) Məhsul zəif olanda;
C) Hava pis olanda;
D) Arıçı arılara gec baxanda.