Ana arı bütün arı və erkək arı ailələrinin anası hesab olunur. O, zahirən ailənin digər üzvlərindən nisbətən iri həcmli bədəni, xüsusən də uzun qarıncığı ilə fərqlənir (Şəkil 3.1). Ananın bədəninin uzunluğu 20-25 millimetr, mayalı ananın çəkisi isə 180-325 milliqramdır (işçi arının bədəninin uzunluğu 12-14 millimetr, çəkisi isə 85-110 milliqramdır).
Ana bütün digər vəzifələri yerinə yetirmə qabiliyyətini itirmişdir: onun çiçək tozunu yığmaq üçün heç bir qurğusu yoxdur, sorucu ağız aparatı işçi arıdan iki dəfə balacadır, qarıncıqda mumları ayırmaq üçün vəzləri yoxdur (Şəkil 3.2). Lakin yumurtalama zamanı onun məhsuldarlığı çox yüksək olur: mövsüm ərzində 150-200 min arı fərdi almaq olar. Cinsi sistem daxili orqanlarından daha inkişaf edib. Ananın uzunsov qarıncığında hər biri 120-200 yumurta borucuqlarından ibarət olan iki yumurtalığı var.
Ananın təbii mayalanması gənc yaşında bir və ya bir neçə uçuşu zamanı baş verir. Ana cütləşməyə analıqdan çıxandan 7 gün sonra hazır olur. Çox vaxtı sperma yığıcıya ananın həyatının sonuna kimi orada qalan 6-8 erkək arının sperması düşür.
Ana erkək arı ilə görüşmək üçün 1-2, bəzən də 5 kilometr və daha çox məsafəyə uçur (Şəkil 3.3). Əgər hər hansı bir səbəbdən bir ay ərzində ana mayalanmamış qalarsa, o, cütləşməyə olan qabiliyyətini itirir və mayalanmamış qalır, erkək arılar çıxacaq mayalanmamış yumurtalar qoymağa başlayır.
Mayalandıqdan sonra ana təbii beçəvermə dövründən başqa, pətəkdən heç vaxt çıxmır. Beçə ilə uçmağa çıxarkən o, yumurtalamağı müvəqqəti olaraq dayandırır.
Mayalanmış ana az hərəkətli olur, yavaş-yavaş sürfə ilə şanlarda yumurta qoyaraq hərəkət edir. Ananın ətrafında ona qulluq edən arılar olur. Arılarla birgə, hətta ailədən kənar (qəfəscikdə) ana 15-20 günə kimi, bəzən bir ay da yaşaya bilər.