Arı ailəsində ananın olmaması - “arı ailəsi” üçün çox zərərli patologiyadır, çünki ana - ailənin inkişafını təmin edən yeganə dişi arıdır. O, təkcə arı ailəsinin artırılması funksiyasını yerinə yetirir.
Ailədə ananın olmaması, əsasən yazda arı ailəsinin inkişaf etdiyi dövrdə daha çox nəzərə çarpır. Bu vaxt arıların qış nəsli yeni yaz nəsli ilə əvəz olunur.
Anasız ailələr tez zəifləyir, arılar yaxşı müqavimət göstərmir, bu səbəbdən də hücuma məruz qalır. Onlara hücum və oğurluq edə bilər. Bu cür ailələri olduqca tez bir zamanda düzəltmək lazımdır. Müşahidələr göstərir ki, yazın əvvəli erkək arıların olmaması səbəbindən gənc analar olmur, bu səbəbdən ana mayalanmamış halda qalır. Bundan başqa, ananın yetişdirilməsi vaxtından başlayaraq ondan gənc arılar alana kimi, 45 gündən az olmayaraq vaxt keçir və bu müddət ərzində ailə gənc arılar olmadan yaşaya bilmir.
Ananın yerləşdirilməsi ailəni ölümdən xilas edir.
Ananın olub-olmamasına əmin olun.
Mayalanmış ananı kiçik ailədən (ana qorunub saxlanan az sayda olan ailələr) götürün.
Anasız ailələrin şanlarından istifadə edərək ananı qapağın altında həmin şanlara yerləşdirin (Şəkil 4.1).
Anasız ailədən olan arılar və kiçik ailədən eyni iy gəlməlidir, bunun üçün isə arıların özlərinki ilə özgələrini seçə bilməməsi üçün onlara “şeh damcılarından” 1 litr suya 5-10 damcı nanəli cövhər əlavə olunan su və ya başqa ətirli mayelər çiləyin.
Kiçik ailənin şanlarını anasız ailənin pətəyinə qoymaq yolu ilə kiçik ailəni anasız ailəyə birləşdirmək mümkündür. Kiçik ailə anasız ailəyə yaxın olduqda yerdəyişməni həyata keçirmək olar.
Hər gün yarım metr məsafəyə kiçik ailəni anasız ailəyə yaxınlaşdırın və ya hər iki ailəni bir-birinə yaxınlaşdırın. Sonra birləşdirmə əməliyyatını həyata keçirin.
Başqa bir üsul isə ananın qapağın altına yerləşdirilməsi ilə həyata keçirilir. 2-3 gündən sonra qapağın altına baxın, onu çərçivə ilə birlikdə götürün. Əgər ana qovuqcuqlara yumurta qoyubsa, hesab edin ki, arılar onu qəbul edib.
Digər üsul - ananı qəfəsciyə yerləşdirin və bir gün ərzində çərçivələrin arasında saxlayın. Sonra isə qəfəsciyi pətəkdən çıxararaq diqqətlə ona baxın. Əgər arılar ananı yemləmirsə, onda bir gün ərzində ananı saxlayın ki, arılar onu yemləməyə başlasın. O halda ki, ana uzun müddət qəbul olunmur, yuvada digər ana və ya analığın olub-olmamasını yoxlayın. Nəzarət çərçivəsi, yəni yumurtalar və gənc (bir günlük) sürfələrlə olan çərçivəni də qoymaq olar. Üçüncü gün bir də ailəyə baxış keçirdin. Şanda analıq olarsa, bu o deməkdir ki, ailədə ana yoxdur. Ana olduğu halda, arılar heç vaxt pətəkdə analıq hörməz.