Ailələrdə yeddi və daha çox sürfə çərçivələri olarsa, sistematik olaraq möhürlənmiş sürfəni az sayda gənc arılarla birlikdə seçmək lazımdır. Bu, ailənin inkişaf sürətini azaltmayacaq, əksinə isə beçəverməyə səbəb olan artıq arılardan azad edəcək.
Beçəvermənin qarşısını almaq üçün yaşlı arıların əvəz olunması yüksək qiymətləndirilir. Ananın yaşı nə qədər azdırsa, bir o qədər də arılar beçəverməyə az meylli olur.
5.2. Beçəvermənin qarşısının alınması üçün xüsusi tədbirlərBal yığımının müxtəlif şəraitlərində istifadə olunması üçün arılara qulluq etməyin bir sıra üsulları mövcuddur. Onların bəzilərində beçəverməyə qarşı ayrı-ayrı tədbirlər təklif olunub. Onlardan ən tanınmış üsullar aşağıdakılardır:
Birinci tədbirlər qrupu - onlar pətəyə yeni yerləşdirilmiş beçənin qoyulmasına əsaslanır. Ailəni beçə vəziyyətinə keçirir.
Beçəvermə dövrü yaxınlaşdıqda sürfəli çərçivə, bal və güləmlə üstü örtülmüş çərçivələrdən ibarət olan yuvanı pətəyin ölçüləri imkan verirsə, qırağa çəkin, çox sıx pətəklərdə isə ikinci gövdəyə keçirin və ya ayırıcı barmaqlıqla ayırın. Uçuş bacasının qarşısında olan yuvanın əvvəlki yerində (birinci gövdədə, əgər sürfəni ikinci gövdəyə keçiriblərsə) şan və süni şanlı çərçivələr, bal və sürfə ilə olan çərçivədən yuva qurun. Bütün arıları ana ilə birlikdə bacanın yanında çərçivələrdən düşmələri üçün sirkələyin.
Sürfəni yemləyən arılar barmaqcıqlardan köhnə yuvaya gedəcək, qalan arılar isə yeni yuvadan istifadə etməyə başlayacaq, yeni şanların bərpası ilə məşğul olacaq, ana isə yumurta qoymağı artıracaq.
Köhnə yuvada arılar tez-tez, əsasən də pətək şöbəsində ikinci əlavə uçuş bacası olanda yeni analıqlar qurur.
Göstərilən üsuldan nisbətən erkən yığımlar üçün istifadə etmək məsləhətlidir. Gec və davamlı yığım zamanı əsas yığımın başlanmasından asılı olaraq bu üsulu bir və iki dəfə təkrarlamaq lazımdır.
İkinci üsul 1842-ci ildə rus arıçı N. Vitviskiy tərəfindən təklif olunmuşdur. O yazırdı: “Boş şanları pətəyin mərkəzinə qoyun, hər iki tərəfdən isə yerləşdirin: bir tərəfdən - ana ilə yumurtalı, digər tərəfdən isə - sürfəli şanları”. Bu, beçəvermənin qarşısını almaq üçün çox mühüm üsuldur. Təbiətinə görə arılar yuvalarının dolmuş hissələrində boşluqlar saxlamağı sevmir, ona görə də bütün arıların gücü ilə birlikdə boş şanları doldurur və beçəvermə “yaddan çıxır”.
Müasir çox gövdəli pətəklərdə bu üsul bu cür həyata keçirilir. Ananı sürfəli çərçivə ilə birlikdə yeni boş gövdəyə köçürürlər. Ora eyni zamanda şan və süni şanlı çərçivələri qoymaq lazımdır. Ana ilə olan gövdəni aşağı qoyur, iki ayırıcı barmaqlıqla örtür, üzərinə iki gövdə qoyur, onların hamısının üstünə isə sürfə və gənc arılarla olan gövdə qoyurlar.
Anaları axtarmamaq üçün aşağı gövdəyə bütün arıları silkələyib tökün, yuxarı gövdəyə isə arılarsız olan sürfəli çərçivələri köçürün. Arılar beçəverməyə çox meylli olduqda sürfəli şanın yerinə aşağı gövdəyə iki çərçivə sonradan sürfədən çıxmış sürfəli şanlar qoyun.
Analar yuxarı gövdədə analıqlar quracaq ki, onları da sürfəni köçürdükdən 10 gün sonra məhv etmək lazımdır. Calaqları irəli çəkərək yuxarı gövdələrdən erkək arıları buraxmaq lazımdır. Beləliklə, bu üsuldan istifadə edərək yuva yuxarı gövdəyə köçürülür və calağın üstündə yerləşdirilir (sürfə çıxdıqdan sonra gövdə calaq olur), süni yaradılmış beçəni isə calağın üstündə yerləşdirirlər.