Beçəvermə əleyhinə üsulların ikinci qrupu ona istiqamətlənməlidir ki, pətəkdə ailənin beçə verdikdən sonra (beçə çıxan ailəyə) olduğu oxşar vəziyyəti yaradılsın.
Bu üsulların ən asan yolu - arıların süni beçəverməsi
Arıların süni beçəverməsini aşağıdakı qaydada aparın: a) ailəni yarıya kimi ayırın; b) arıların mayalı ana, mayalanmamış ana və ya möhürlənməmiş analığa hücumu yolu ilə.
Nəzərə almaq lazımdır ki, ailələrdə beçəvermə instinktinin yaranmasının qarşısını almaq daha rahatdır, nəinki beçəvermə ilə gecikdirilmiş mübarizə aparmaq.
Ona görə də beçəvermə instinktinin məhvinə istiqamətlənən xüsusi üsullara diqqət yetirmək lazımdır:
Ailəyə beçə siniciklərini qoymamışdan əvvəl bu üsuldan istifadə etmək lazımdır. Ailədə beçə analıqlar qoyulubsa, sürfələr və arıların seçilməsi artıq beçəvermənin qarşısını almayacaq. Beçəvermənin qarşısını almaq üçün qabaqcıl arıçılar ailədən arılar və sürfənin yarısını götürür. Bu üsul iri həcmli pətəklərdə (çox gövdəli, ikigövdəli, yatıq pətəklərdə) arıların saxlanılması zamanı çox effektiv olur. Bu cür halda ailələrin yuvalarından seçilmiş gənc arılar və yetişmiş sürfə ilə olan çərçivələrdən ayırma beçələrin yaranması üçün istifadə edin. Dik pətəklərdə beçə əsas ailədən bütöv arakəsmə ilə ayrılaraq ikinci və üçüncü gövdələrdə yerləşdirilir, yatıq pətəklərdə isə pətəyin aralanmış bütöv hissəsində yerləşdirilir.
Əlavə arıların seçimindən başqa, beçəvermənin qarşısını almaq məqsədi ilə pətəyin bütün “əhalisini” sürfələrin bəslənməsi və şanların hörülməsi işi üzrə tam həcmdə yükləmək lazımdır. Ananın məhsuldarlığı nə qədər yüksək olarsa, ailədə bir o qədər də çox sürfə olacaq və bir o qədər də çox sürfələrin bəslənməsinə arılar lazım olacaq.
5.4. Gənc mayalı anaların istifadəsiMəlumdur ki, biryaşlı ana ilə olan ailələr digər bərabər şərtlərlə yanaşı, beçə vermir. Bu səbəbdən yaşlı anaların gənc arılarla əvəz olunması beçəvermə əleyhinə çox mühüm bir üsul ola bilər. Yaşlı anaların çıxdaş olunması və gənc, mayalı anaların istifadə olunması ailənin beçəverməsini nəinki azaldır, həmçinin arıxananın məhsuldarlığını kəskin artırır.