Onlar kölgələndirməkdən də başqa, arı və anaların istiqamətləndirilməsini yaxşılaşdırır və onların azmasının qarşısını alır. Ağac və kolluqların yetişməsinə kimi pətəklərin yanında tez böyüyən, hündür, biryaşlı bitkilər (qarğıdalı, günəbaxan, baldırğan və s.) əkmək və ya nazik saman (qamış) həsirlərlə kölgələndirmək və ya çardaq eləmək məsləhətlidir. İsti havalar düşdükcə (əgər oğurluğun inkişafı təhlükəsi yoxdursa) bacanın işığını çoxaltmaq lazımdır. İsti havada güclü ailələrdə hətta tam açılmış baca, pətəkləri lazımi ventilyasiya ilə təmin etmir. Bu cür hallarda aşağı gövdənin yuxarı hissəsini altından 2-3 santimetr qaldırın və altlığın künclərinə quraşdırılmış pazlarla bərkidin. Nəticədə pətəkdə təmiz hava çoxalacaq. Bununla yanaşı, yuvanın qızmasının qarşısını almaq üçün pətəklərdən yan və yuxarı istiləşdirici materialları çıxardın. Çərçivələrin üstünə saman həsirlər qoyun ki, onlar havanı yaxşı buraxsın və yuvanı istilikdən qorusun.
Günəşin qızğın şüalarından yuvanın qızmasının qarşısını almaq üçün, əsasən dəmirlə örtülən damlarını açıq rənglə (ağ, göy və ya sarı) boyamaq lazımdır (Şəkil 5.3).
Beçəvermənin göstərilən üsullarla qarşısını almaq yolları ətraf mühitə təsir göstərən amillərdən asılıdır. Beçəvermə instinkti, həmçinin irsi faktorlardan da asılıdır (arıların genotipi).
Məlumdur ki, eyni şəraitdə bir arıxanada beçəverməyə meylli olan və olmayan ailələrə rast gəlmək olar. Bu amilə görə kəskin şəkildə ayrı-ayrı növlü arılar fərqlənir. Fərqlənmə bir nəsildən digər nəslə keçən irsdən asılıdır.
5.6. Beçəverməyə meylli olmayan yüksək məhsuldarlı ailələrin seçimi və çoxalmasıBu üsuldan arı ailələrinin beçəvermənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər kimi istifadə edin.
İri arıçılıq təsərrüfatlarının əsas vəzifələrindən biri arıların seleksiyasını nəinki arı ailələrinin məhsuldarlığını artırmaq, həmçinin də beçəvermənin qarşısını almaqdan ibarətdir.
Beçəvermənin tərəfdaşları unutmamalıdır ki, bu cür yolla arıları çoxaldaraq onlar arıların gələcək nəsillərində beçəverməni artırır, bununla da əməyin aşağı məhsuldarlığı üçün əlverişli şərait yaradır.