Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Beçəvermənin bal yığımı ilə əlaqəsinin öyrənilməsi
|
- Beçəvermənin bal yığımına mənfi təsirini öyrənin və onun səbəblərini araşdırın.
- Müxtəlif vaxtlarda çıxan beçələrin arıçının işinə törətdiyi əngəllərə diqqət edin:
- a) yığıma kimi olan beçəvermənin nəticələri;
- b) yığım zamanı olan beçəvermənin nəticələri;
- c) qısa yığım zamanı olan beçəvermənin nəticələri.
|
- Beçəvermənin qarşısını almaq üçün xüsusi tədbirlərin öyrənilməsi
|
- Beçəvermənin qarşısını almaq üçün xüsusi tədbirlər qrupunu öyrənin:
- a) ailəni beçə vəziyyətinə keçirməyi;
- b) N. Vitviskiy üsulunu öyrənin.
- Beçəvermənin qarşısının alınmasının ən asan yolu olan süni beçəverməni öyrənin.
- Ailədə beçəvermə instinktinin qarşısının alınmasının beçəvermə ilə gecikdirilmiş
mübarizədən daha asan olduğuna diqqət edin.
- Qısaca: beçəvermə instinktinin məhvinə istiqamətlənən xüsusi üsullara (6 üsuldur) diqqət
edib öyrənin və yoldaşlarınızdan köməyinizi əsirgəməyin.
|
- Pətəklərin kölgələndirilməsi və ventilyasiyanın gücləndirilməsi məsələlərinin
öyrənilməsi
|
- Havanın temperaturu 35 dərəcə Selsi olduqda arıların pətəkləri tərk edərək ön divar və
ya uçuş bacasına yığılmasına diqqət edin və səbəbini öyrənin.
- Yuxarıdakı hal baş verdikdə ailələrdə ventilyasiya problemini həll etməyə çalışın.
|
- Beçəverməyə meylli olmayan yüksək məhsuldarlı ailələrin seçilib çoxaldılmasının
öyrənilməsi
|
- Seçim yolu ilə arıların beçəverməsini azaltmaq və süni yolla artırılmasını öyrənin.
- Süni beçəvermədə arı cinslərinin xüsusiyyətlərini öyrənin və hansı cinsin daha effektli
olmasına diqqət edin.
|