6. Arıların süni beçəverməsi
Arıların süni beçəverməsinin təbii beçəverməyə nisbətən bir çox üstün cəhətləri var. Süni beçəvermə
planlaşdırıldığı halda təbii beçəvermə, əsasən təbii yolla baş verir.
Arıxanalarda süni beçəvermə tətbiq olunan ailələrdə bal yığımından tam şəkildə istifadə edir, onlar bal
yığımı ilə məşğul olarkən heç fasilə etmirlər. Süni yolla ailələri yaradaraq onların say və yaranma
vaxtını tənzimləmək mümkündür, həmçinin yaxşı ailələrdən analar almaq olar.
Arı ailələrinin süni beçəvermə üsullarını üç qrupa bölmək olar: uçmayan arılardan beçələrin yaradılması;
yeni ailələrin əksəriyyətinin uçan arılardan yaradılması; müxtəlif yaşlı olan arılardan beçələrin
yaradılması.
Hər hansı bir üsulun seçilməsi arıxananın konkret şəraitindən asılıdır. Arıların süni beçəverməsindən arı
ailələrinin beçəvermə vəziyyətinin qarşısını almaq və məhsuldar yığım əldə etmək üçün istifadə
olunur.
Arıxanadan güclü, sağlam, yüksək məhsuldar ailələri beçə almaq üçün seçin.
Şəkil 6.1. Ayırma beçələrin yaradılması
Ayırma beçələrin yaradılması:
- Boş pətəyi payacıqlar və ya dayaqcıqlara qoyun, onu açın, beçə alınması nəzərdə tutulan ailələrdən
sürfə və arılarla olan 2 çərçivə götürün və boş pətəklərə köçürdün (Şəkil 6.1);
- Arı ailəsində ananı tapın və Titov qəfəsciyinə salın;
- Arılarla olan iki çərçivə bal (4 kiloqrama yaxın) və yarım çərçivə güləm götürün və boş pətəyə elə
qoyun ki, onlar künc, sürfə ilə olan çərçivələr isə ortada olsunlar:
- Yeni yaradılmış beçəyə qəfəscikdə olan ananı 6 saatdan tez olmayaraq verin;
- Ananı qəfəscikdən əsas ailəyə buraxın;
- Yaradılmış beçə ailələrini uçan arılarla təmin etmək üçün, yəni arıların ailəni tərk etməməsi üçün
beçəni 6-7 kilometr məsafədən az olmayaraq yerə keçirin, sonra isə həmin arıxanaya bir həftədən
sonra ailəni qaytarmaq olar və sizin üçün rahat yerdə yerləşdirmək olar;
- Köçürməyə şəraitiniz yoxdursa, ailəni arıxanada saxlayın. Belə olduğu halda, uçan arılar onu tərk
edəcək və əsas ailənin yanına uçacaq;
- Uçan arılarsız qalan beçəyə şanlarda su verin və yemlə təmin edin, çünki beçənin ətraf mühitlə
əlaqəsi kəsilir: arılar uçmur (ailədə yalnız gənc uçmayan arılar qalır).
6.1. Yığma beçələrin yaradılması
Ailədən oturaq arılar və sürfə ilə olan bir-iki çərçivə, həmçinin digər ailələrdən oturaq arılarla olan
bir-iki çərçivə götürün və bir pətəyə qoyun.