Diqqət! Beçələri, həmçinin cari ildə doğulan analardan da yaratmaq olar, lakin bu cür olduğu təqdirdə bal yığımı zamanı məhsuldarlıq göstəricisi mənfi olacaq, nisbətən gec bal yığımı zamanı isə müsbət nəticəli yığım alınacaq.
Çərçivələrlə olan arıları seçin, beçə yaradın, ona qəfəscik və ya şanda qapaqla örtülmüş ana verin. Bütün bu işləri axşam vaxtı görün. Beçədə çərçivələri bərkidin və 5-6 kilometr məsafəyə uzaqlaşdırın. Ertəsi günün səhəri arılar uçmağı öyrənəcək və mehribancasına işləyəcək. Bu cür halda beçə ailəsi tam hesab olunur. Orada bütün yaşda olan arılar olur.
Ana götürüləcək əsas ailənin birindən anaların çıxmasını təşkil edin. Beçələrin yaranması nəticəsində anasız qalan ailələr üçün analıqlardan istifadə etmək məqsədi ilə anaların çıxmasını ailənin bölgüsü vaxtına salmaq lazımdır.
Sərbəst iş üçün tapşırıqlar
|