Tarixən arılar beçəvermə yolu ilə artır. Arı ailələrinin bu cür təbii üsulla artması arıların həşərat növü kimi qorunub saxlanılmasının yeganə yolu olmuşdur.
Yazdan arı ailələri inkişafa başlayır, əgər arılar öz yuvalarını doldurur, əksər gənc arılar sürfəni yemləmir və bu işin görülməsində sanki özlərini artıq hesab edirsə, bu o deməkdir ki, ailədə beçəvermə instinkti yaranıb. Beçəvermə instinktinə yuvanın həddindən artıq qızması, havalandırmanın çatışmazlığı, pətəklərin birbaşa günəş şüalarının altında yerləşdirilməsi səbəb olur.
Ailədə erkək arı sürfəsinin əmələ gəlməsi beçəvermə instinktinin başlanması deməkdir (Şəkil 7.1 və Şəkil 7.2). Erkək arılar doğulduqdan sonra arılar ana siniciklərini hazırlamağa başlayır (Şəkil 7.3). Ana isə sonradan orada yumurta qoymağa başlayır. Doğulan sürfələri arılar ana südü ilə yemləyir. Sürfədən pup yetişir, o isə möhürlənmiş analıqda anaya çevrilir. Ananın analıqdan çıxmasından iki-üç gün əvvəl beçə öz doğma ailəsini tərk edir.
Əvvəllər beçələrdən arı ailələrinin artırılması üçün istifadə edirdilər. Təbii beçəvermə əsas yığım zamanı baş verir, bal yığımı və arıçının əmək məhsuldarlığını azaldır. Bu səbəbdən beçəvermənin qarşısını alan və onu arıçılıq üçün münasib bir vaxtda istifadə etməyə və ya hər iki üsulu özündə birləşdirmək, yəni beçəvermə enerjisini bal məhsuldarlığının artırılması üçün istifadə etməyə imkan verən xüsusi tədbirlər hazırlanıb. Bu tədbirlərə sürfələrin bəslənməsi ilə məşğul olmayan gənc arıların seçilməsi, həmçinin beçələrin yaradılması üçün gövdələr və ya bir dəfəyə 5-6 şanla yuvaların vaxtı-vaxtında genişləndirilməsini aid etmək olar. Əsasən erkək arı sürfəsinin bəslənməsi ilə məşğul olan arılar üçün şanların bərpasına şərait yaratmaq lazımdır, pətəklərin havalandırılmasını gücləndirmək lazımdır, beçəvermədən əvvəl yaşlı arını gənc arı ilə əvəz etmək lazımdır. Beçə verməyən arı cinslərinin yetişdirilməsi çox vacibdir. Beçə verən növlərə Ukrayna və Orta Rusiya arıları aiddir. Beçəvermə instinkti ən az Karpat və Bozdağ Qafqaz növlərində özünü büruzə verir.