Çox vaxtı beçələr saat 11:00-a yaxın uçur. Beçəverməyə hazırlaşan ailədən olan kəşfiyyatçı arılar yeni yuvanın qurulması üçün münasib yer axtarır. Pətəkdən çıxdıqdan sonra beçə ətraf mühitə uyğunlaşır, kəşfiyyatçı arılar isə həmin vaxt onların bəyəndiyi yerin digər arılar tərəfindən tutulub-tutulmadığını yoxlamaq üçün uçur. Bu səbəbdən beçə 1-2 saat gözləyir, bəzən də gecələyir, sonra isə beçə çıxır və kəşfiyyatçı arıların seçdiyi yer və ya arıxanadan uzaq yerə uçur. Bunun qarşısını almaq üçün beçəni beçə səbətciyində saxlayırlar. Bəzən ailədə bir, iki və hətta üç analıq aşkar olunur. Arılar ananı “sakit əvəzləmə” üçün hazırlayıb. Bu hal onunla səciyyələnir ki, gənc ana çıxır və bir ailədə öz anası ilə birlikdə eyni zamanda yaşayır. Qız arı mayalandırıldıqdan sonra arılar ananı qovur. Bu, çox yaxşı bir haldır, çünki “sakit əvəzləmə” zamanı çox faydalı analar doğulur. Hesab olunur ki, ana arılar nədənsə qane etmədikdə arılar onu əvəz edir. Çox vaxtı bu, ana maddənin lazımi qədərində olmadığı səbəbindən baş verir. Əsas odur ki, “sakit əvəzləmə” zamanı ana var gücü ilə işləyərək yumurta qoyur. Bu xüsusiyyətdən şübhə yarandığı halda istifadə oluna bilər - bu, beçəverən ana yuvalarıdır, yoxsa “sakit əvəzləmə” analıqlarıdır. Belə şübhə 5 və daha çox analıq olduğu təqdirdə yarana bilər.
Diqqət! Əgər ana yuvaları beçə verəndirsə, ana yumurta qoymağı azaldır: şanlara diqqətlə baxış keçirilsə, bu nəzərə çarpır. Bundan başqa, ananın ölçüsü bir az kiçilir, daha yüngülləşir, beçə ilə uçmağa hazır olur. Arıların sakit əvəz etdiyi ananın ölçüsü isə kiçilmir və qoyduğu yumurtaların sayı azalmır.
7.1. Beçələrin istifadə edilməsiFizioloji cəhətdən tərkibində çoxlu gənc arı ilə qida məhsulları olan beçə hətta süni şansız arı qovuqcuqları ilə olan yüksək keyfiyyətli şanları tez bərpa edir. Beçə arıları yüksək enerji ilə bal yığımının üzərində işləyir. Beçənin effektivliyi onun çıxma müddəti və gücündən asılıdır.
Bal mövsümünə 40-45 gün qalmış çıxan beçələrin istifadə olunması
Əsas yığımdan əvvəl çıxmış beçələr çox dəyərli olur, həmçinin əsas yığımdan əvvəl çıxan beçələr çox güclü beçə hesab olunur (çəkisi 3-4 kiloqramdır). Erkən beçələr əsas bal yığımının əvvəlinə kimi inkişaf etməyi çatdırır, əsas ailələr isə, həmçinin güclərini bərpa edəcək və bal yığımında fəal iştirak edəcək.
Bal yığımından əvvəl çıxan beçələr öz beçə enerjisindən birbaşa nektar yığımında istifadə etdiyi üçün çox vacib hesab olunur.