Yeni ailə üçün güclü arı ailəsi ilə olan yatıq pətəyi öz fasadına nisbətən çevirin və elə qoyun ki, şalbanbaşı ilə döşənmiş divarda olan baca arıların uçuş xəttinə yaxınlaşsın, hazırda olan baca və şalbanbaşı ilə döşənmiş baca arasındakı pətəyin küncü arıların hazırkı uçuş xəttində olsun.
Şalbanbaşı ilə döşənmiş divarda baca açın.
Arakəsməni elə qoyun ki, bölünmüş ailələrin hər birində baca olsun. Pətəyi çevirmək üsulu ilə beçələrin formalaşdırılması (Sxem 8.7):
Mütləq təmiz olan, yoluxmayan pətək hazırlayın.
Ora arakəsmə taxta qoyun və istiləşdirici materiallar hazırlayın.
Bölünəcək ailənin bacasının yanında 0,3 metr hündürlüyündə paya vurun.
Bölünən ailədən arılarla olan şanların yarısını götürün və əvvəlcədən hazırlanmış boş pətəyə qoyun.
Sürfə ilə olan şan tərəfdən üstüörtülü çərçivə, yığım olduğu təqdirdə isə həmçinin şanla olan çərçivə qoyun.
Hər iki ailədə yuvanı istiləşdirin.
Əsas ailə olan pətəyi payadan 0,5 metr bir tərəfə çəkin, digər ailəni isə elə yerləşdirin ki, onun bacası paya ilə eyni məsafədə olsun.
Arıların uçuşunu müşahidə edin. Arıların iki bərabər hissəyə bölündüyü zaman çox uçduğu pətəyi payadan 15-20 santimetr uzaqlaşdırın.
İstənilən nəticəni əldə etmək üçün yarım-ailələr köçürüləcək pətəyi elə seçin ki, bölünən ailə ilə eyni rəngdə olsun. Əgər pətəklər fərqlidirsə, bölmədikdən 1-2 gün əvvəl hər iki pətəyin ön divarlarına eyni rəngdə boyanmış faner vərəqi, karton, möhkəm kağız vurun.
Bölgüdən əvvəl hər iki pətəyi eyni cür maskalayın. Bu, ailənin iki bərabər hissəyə bölünməsini asanlaşdıracaq.