|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 8
Sual 1. Damazlıq ananın alınması üçün hansı analardan istifadə olunur?
A) Ən pis anadan;
B) Yaşlı anadan;
C) Cavan anadan;
D) Ən yaxşı anadan.
Sual 2. Arı ailəsinin süni beçəverməsi nədir?
A) Kortəbiidir;
B) Arının inkişafı;
C) Arının tənəzzülü;
D) Əvvəlcədən müəyyənləşdirilir.
Sual 3. Formalaşan ailələr üçün analar harada saxlanılır?
A) Damazlıq ailələrdə;
B) Adi ailələrdə;
C) Hər ikisində;
D) Heç birində.
Sual 4. Bölgüdən sonra ailələri istiləşdirmək lazımdırmı?
A) Lazım deyil;
B) Lazımdır;
C) Əhəmiyyəti yoxdur;
D) İstidə nə istilik.
Sual 5. Bölünmüş ailələrdən biri narahat, digəri rahatdır. Ana haradadır?
A) Narahat ailədə:
B) Hər ikisində;
C) Sakit ailədə;
D) Heç birində.
Sual 6. Anasız ailəyə ana və ya analıq günün hansı vaxtında verilməlidir?
A) Axşam;
B) Səhər;
C) Günorta;
D) İstənilən vaxt.