• Siz piknikdə ne edirsiniz?
• Ətrafınızdakı əşyalara toxunaraq nə hiss edirsiniz?
• Güllərin rəngini və qoxusunu hansı bədən üzvləri ilə müəyyən edirsiniz?
FƏALİYYƏT
GÖZBAĞLICA OYNAYAQ
1.
Şagirdlərdən birinin gözləri yaylıqla
bağlanır.
2.
Digər uşaqlar onun ətrafında səslər
çıxararaq hərəkət edirlər.
3.
Gözübağlı olan oyunçu digar
yoldaşlarını tutmağa çalışır.
• Gözbağlıca oynayarkən uşaqları tutmaq üçün nə edərdiniz?
• Bu zaman tutduğunuz uşağın kim olduğunu necə bilərsiniz?