|
4
|
HƏYATIMIZDAKI
İŞARƏLƏR
|
1
|
A
|
İnsanlar müxtəlif dillərdə danışırlar. Bu isə dilini bilmədiyimiz insanı anlamaqda çətinlik yaradır. Ancaq bir dil var ki, onu hamı bilir. Bu, jest və mimika dilidir. Bəzi jestlər var ki, beynəlxalq aləmdə tanınır və gündəlik həyatımızda istifadə edilir.
"Yüksələn yumruq" işarəsi əsasən "güc", "birlik" və "dəstək" mənalarını ifadə edir. Bu işarə ilk dəfə İspaniyada istifadə olunmuşdur. Müharibə vaxtı döyüş yerindən təxliyə olunan uşaqlar bu işarə ilə bir-birini həmrəyliyə, güclü olmağa çağırış edirdilər. "Qələbə" işarəsi "qalibiyyət" rəmzidir. Müharibədə, müxtəlif yarışlarda qalib gələn zaman işlədilir. Bu işarə ingilis dilində "qalibiyyət" mənasını verən "victory" sözünün ilk hərfi kimi təsvir edilir. Bundan əlavə, bir sıra peşə sahələrində istifadə edilən jestlər də var. Gündəlik həyatda istifadə edilən işarələr bəzi peşə sahələrində fərqli mənalarda işlədilir. Məsələn, hamının "mükəmməldir" kimi istifadə etdiyi jesti dalğıclar "Suyun üzünə qalxıram" anlamında işlədirlər. Kəşfiyyatçıların da xüsusi işarələr sistemi var. Bu jestlər kəşfiyyat zamanı səs salmadan informasiya ötürməyə kömək edir. Bir çox idman növlərində hamı tərəfindən qəbul olunmuş jestlərdən istifadə olunur. Beynəlxalq yarışlarda müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Jestlər fərqli dillərdə danışan iştirakçılara bir-biri ilə ünsiyyət qurmağa imkan yaradır. |