A
|
Cümlələrin sonuna uyğun gələn durğu işarələrini müəyyən edin. Fikrinizi əsaslandırın.
1.
Bəs sən bunu bilmirdin
2. Ura biz qalib gəldik 3. Kitabxana saat neçədə açılır 4. Dərsə vaxtında gəl 5. Bəh-bəh quşlar nə gözəl oxuyur |
B
|
Fərqləndirilmiş sözləri sual sözləri ilə əvəz etməklə sual cümləsi yaradın.
1.
Məktəbimiz yeni binaya köçüb.
2. Feilin üç zamanı var. 3. Şagirdlər ekskursiyaya gedirlər. 4. Ovçular meşəyə axşam yetişdilər. 5. Kəndə sabah gedəcəyik. 6. Azərbaycanın paytaxtı Bakı şəhəridir. |
C
|
Cümlələrdə vergülün yerini müəyyənləşdirin və funksiyasını izah edin.
1.
Bu çoxdan oxuduğum kitabdır.
2. O birinci dərsə gecikdi. 3. O yuxarıdakı rəfdən bir kitab götürdü. 4. Bu heroqliflər haqqında məqalədir |
Ç
|
Cümlələrdə üç nöqtənin funksiyasını izah edin.
1. Səməd Vurğun yazırdı: " ... Azərbaycan xalqı qəhrəman və yaradıcı xalqdır". 2. Sən niyə gecikmisən? ... Səninlə deyiləm? 3. Anar... Anarı... Heç yerdə tapa bilmirəm... |
D
|
Mavi boşluqların yerinə uyğun durğu işarələrini əlavə edərək mətni köçürün.
Qonşu qadın Hatəmdən bir qaşıq bal istəyir O isə qadına bir çəllək bal verir
Ondan soruşurlar Ay Hatəm nə üçün bir çəllək bal verdin Axı o bir qaşıq bal istədi Hatəm deyir O ehtiyacına görə istədi mən isə imkanıma görə davrandım |