|
4
|
HÜQUQLARIMIZ
|
1
|
A
|
Uşaq hüquqları haqqında
nə bilirsiniz? Həyatdan nümunələr gətirməklə bu mövzuda danışın.
|
- Sizə nə olub, cücələr?
Yaşca böyük uşaq dedi:
- Bilmirik, harada yataq.
- Elə bu? Çox böyük iş olub! Bundan ötrü adam ağlayar? Arxamca gəlin, balalar!
Yağış daha da güclənmişdi. Qavroş iti addımlarla irəliləyirdi. Uşaqlar onun ardınca gedir, geri qalmamağa çalışırdılar. Sanki xilaskarlarını tapmışdılar. Qavroş soruşdu:
- Deməli, sizin də valideynləriniz yoxdur?
- Niyə ki? Var. Biz küçədə oynayırdıq. Gələndə evimizin qapısı bağlı idi. Deyirlər, ata-anamızı polislər aparıb. Bilmirik, indi onlar haradadır.
Çörək dükanının qarşısından keçəndə Qavroş soruşdu:
- Hə, balacalar, deyin görüm, nahar eləmisiniz? Uşaqlardan böyüyü dilləndi: - Heç nə yeməmişik. Zibil qutularını da axtarmışıq, yeməyə birşey tapmamışıq. Qavroş ayaq saxlayıb cibini eşələdi. Başını qaldırıb təntənəli bir səslə dedi: - Uşaqlar, sakit! Məncə, bu pullar axşam yeməyimiz üçün çatar. Qavroş dükandan bir çörək aldı. Onu üç yerə bölüb ikisini uşaqlara verdi: - Yeyin, nuşolsun! Parisin baş meydanında nəhəng fil heykəli var idi. Ora-burasında deşiklər açılmışdı, içi boş idi. Qavroş bir nərdivan tapıb filin ayağına söykədi. Heykəlin qarnındakı yekə deşiyi uşaqlara göstərib dedi: - Bu nərdivanla qalxıb ora girin. Uşaqlar qorxaraq bir-birinə baxdılar. - Çağalar, qorxursunuz? Axı burada nəvarki?! Bir baxın! |