|
2
|
DƏNİZ GÖZƏLİ
|
1
|
A
|
Tanıdığınız hansı nağıl və cizgi film qəhrəmanları real varlıq deyil?
Nümunələr gətirməklə fikrinizi əsaslandırın. |
Bu sarayda dəniz padşahının gözəl qızı - Supərisi yaşayırdı. 0, gününün çox hissəsini nənəsi ilə keçirirdi. Nənənin danışdığı hekayətləri dinləyirdi. Supərisini insanlar haqqında hekayələr çox maraqlandırırdı. Verdiyi sualların ardı-arası kəsilmirdi. Nənəsi də ona bildiklərini danışırdı:
- İnsanlar xüsusi varlıqlardır. Onlar çox ağıllı və güclüdürlər. Lakin bizdən fərqli olaraq, dənizin dibində yaşaya bilmirlər.
Supərisi insanları görmək arzusunda idi. Lakin hələ kiçik olduğundan ona suyun üzünə çıxmağa icazə vermirdilər.
Günlər, aylar keçdi, Supərisi böyüyüb boya-başa çatdı. İndi o, tez-tez suyun üzünə qalxırdı. Ətrafdakı gəmilərə tamaşa edir, ulduzları seyr edərək mahnı oxuyurdu. Dənizçilər bu ecazkar səsin sahibini görmək üçün diqqətlə dənizə baxır, dalğaların arasında onu axtarırdılar.
Bir gün Supərisi təzəcə suyun üzünə qalxmışdı ki, nəhəng bir gəmi gördü. Gəminin göyərtəsində xeyli insan var idi. Birdən göyün üzünü qara buludlar aldı, güclü külək dənizi təlatümə gətirdi. Nəhəng dalğalar uğultu ilə gəmiyə çırpılır, onu beşik kimi yırğalayırdı. Gəmi bu hücuma tab gətirməyib dənizin dibinə çökməyə başladı.