|
3
|
MACƏRALAR ALƏMİNDƏ
|
1
|
A
|
Sizcə, ekskursiyalar hansı məqsədlə təşkil olunur?
İştirak etdiyiniz ekskursiyalar haqqında danışın. |
Tom və Bekki dəstə ilə birlikdə mağaranın qaranlıq dəhlizlərini gəzirdilər. Buranın sirlisehrli, qeyri-adi görkəmi uşaqları heyrətə salmışdı. Sonra söhbət eləyə-eləyə
dəstədən uzaqlaşdılar. Elə bir yerə çatdılar ki, burada
qayanın üstündən tökülən balaca bir çay
şəlalə əmələ gətirmişdi. Şəlalədən o
tərəfdə, iki divar arasındakı darısqal keçid
Tomun diqqətini cəlb etdi. Orada təbiətin
daşlardan yaratdığı pilləkən var idi. Həmin
an Tomda macəraçılıq həvəsi oyandı. O,
Bekkini də həvəsləndirdi.
Uşaqlar həmin pilləkənlərlə xəlvət kahalara qədər endilər. Burada tavandan aşağıya doğru uzanan yoğun s*talaktitlər gördülər. Onların arasından yüzlərlə yarasa bir-birinə sarmaşıb yumaq kimi sallanmışdı. İşıqdan narahat olmuş yarasalar yerlərindən qopub Tomun əlindəki şama tərəf şığıdı. Tom yarasaların təhlükəli olduğunu bilirdi. Tez Bekkinin əlindən yapışıb dəhlizlərdən birinə tərəf çəkdi. Yarasalar onları uzun müddət qovdular. Amma uşaqlar canlarını birtəhər qurtara bildilər. Bir azdan uşaqlar yeraltı gölə rast gəldilər. Tom gölün sahilini tədqiq etmək xəyalına düşdü. Bekki narahat oldu: - Tom, biz çoxdandır ki, heç kəsin səsini eşitmirik. - Əlbəttə, Bekki, geri qayıtsaq,yaxşı olar. - Tom, sən yolu tapa biləcəksənmi? |
• Söz boğçası •
• tavan • xəlvət
• kaha
• tədqiq etmək •
qət etmək
|