A
|
Nöqtələrin yerinə uyğun sözləri artırmaqla feili birləşmə düzəldin.
|
B
|
Cümlələrdəki hər bir cümlə üzvünün sualını müəyyənləşdirin.
1 Məryəm rəqs etməyi çox sevir.
2 Küçəmizdə yeni kitabxana açılıb.
3 Tumurcuqlayan ağaclar göz oxşayırdı.
4 Qoca poçtalyon məktubu anaya çatdırdı.
|
C
|
Cümlələrin əsasını müəyyənləşdirin.
1. Anam çaya kəklikotu qatmışdı. 2. Xırdaca cücülər işığa toplaşmışdı. 3. Səhər Mahmud kəşfiyyata gedəcək. 4. Abdulla fərasətli və zirək oğlandır. 5. Axşam gün batanda biz kəndə çatdıq. 6. Çobanlar qoyunları yaylağa qaldırdılar. |
Ç
|
Nöqtələrin yerinə uyğun sözlər artırmaqla həm ismi, həm də feili xəbərli
cümlələr qurun.
|
• Nümunə •
|
1. Üçrəngli bayrağımız ... . 2. Mənim atam ... . 3. Ağacın yarpağı ... . 4. Qonaqlar ... . |
5. Qardaşımın çantası ... . 6. Neft quyuları ... . 7. İdman yarışları ... . 8. Otaqlar ... . |
D
|
Cümlələrdə ikinci dərəcəli üzvləri müəyyən edin.
1. Sıx duman yavaş-yavaş çəkilirdi.
2. Mən doğma kəndimizi tez-tez xatırlayıram. 3. Dostum məşhur idmançıdır. 4. Festival sabah başa çatacaq. 5. Onlar gildən müxtəlif əşyalar hazırladılar. |