aqibət is. -son, axır, nəticə. antilopis. - Afrika və Cənubi Asiyada yaşayan otyeyən məməli heyvan. arxeoloq is. - qazıntı aparmaqla xalqların qədim tarixini araşdıran alim. astana is. - qapının ağzı, kandar. astronomiya is. - göy cisimləri və bütövlükdə Kainatın yaranması, quruluşu və inkişafı haqqında elm. atlet is. -atletika ilə məşğul olan idmançı. ayağına getmək fr. - xahiş üçün kiminsə yanına getmək. canişin is. - qədim dövrdə hökmdarın hər hansı bölgəyə təyin etdiyi rəhbər, başçı. cümhuriyyət is. - respublika. çarşı is. -qapalı bazar, iri alış-veriş mərkəzi. çuxur is. -yer səthində oyuq, çala. dilxor sif. - pərt olmuş, əhvalı pozulmuş, kədərli, məyus. dili topuq vurmaq fr. - qorxudan, həyəcandan düşündüklərini tam ifadə edə bilməmək; kəkələmək. dirijorluq is. - orkestri, xoru idarə edən şəxsin-dirijorun işi, sənəti. durbin is. - uzaqdakı obyektləri görmək üçün bir və ya iki borucuqdan ibarət müşahidə cihazı. ekspedisiya is. - müəyyən məqsəd üçün edilən səyahət, səfər. eksperiment is. - müəyyən problemin araşdırılması üçün həyata keçirilən ptaktiki fəaliyyət, təcrübə. eqoist sif. -yalnız öz mənafeyini düşünən. elektromobil is. - elektrik mühərriki ilə işləyən avtomobil. emosiya is. - hər hansı hadisəyə reaksiya olaraq insanda yaranan hiss, duyğu. enerji bloku - müəyyən bir mexanizmi enerji ilə təmin edən qurğu. epidemiya is. - hər hansı bir yoluxucu xəstəliyin kütləvi şəkildə yayılması. eşik is. - bayır, çöl. |
etika is.. - insanlar arasında ünsiyyətdə təzahür edən əxlaq və
davranış qaydaları. əcaib sif. -çox qəribə, qeyri-adi. ədviyyat is. - xüsusi dad, xoş iy vermək üçün xörəyə və şirniyyata qatılan darçın, sarıkök və s. kimi maddələrin ümumi adı. əxlaq is. - insanın mənəvi keyfiyyətlərini müəyyən edən normalar; mənəviyyat. əriyib çöpə dönmək fr. - son dərəcə arıqlamaq, zəifləmək. fantastik sif. - gerçəkliyə uyğun olmayan, xəyali. fantaziya is. - yaradıcılıq təxəyyülü; xəyal. fateh is. - ölkələr fəth edən, işğal edən şəxs. fərziyyə is. - bir şey haqqında təxmini mülahizə;güman, ehtimal. fizika is. - təbiət hadisələrinin ümumi qanunauyğunluqlarını öyrənən elm. gizir is. -aşağı rütbəli işçi, icraçı, hərbçi. görkəmli sif. - böyük xidmətləri olan, tanınmış, məşhur. göynəmək f. - ağrımaq, sızıldamaq, qaşınmaq, gizildəmək. gözlərini döymək fr. - mat-mat baxmaq, çaşıb-qalmaq, qərar verə bilməmək. göz-qaş eləmək f. - göz və qaşlarının hərəkəti ilə işarə etmək, bildirmək, xəbər vermək. güzəran is. -dolanışıq, yaşayış, həyat. həb is. - kiçik kürəciklər şəklində olan dərman. həvalə etmək f. - öhdəsinə qoymaq, tapşırmaq. hövsələsi daralmaq fr. - səbir edə bilməmək, dözə bilməmək, darıxmaq. ibtidai sif. - başlanğıca aid olan, ilk, hələ tam formalaşmamış. iddia etmək f. - tələb etmək, istəmək, hər hansı fikir irəli sürmək. ilmə is. - toxunma şeylərin (xalça, corab və s.) ayrı-ayrı halqaşəkilli düyünləri. immunitet is. - orqanizmin xəstəliklərə |