|
2
|
GİNNESİN REKORDLAR
KİTABI
|
1
|
A
|
Sizcə, rekordlar insanları niyə maraqlandırır?
Aşağıdakı suallar ətrafında düşünün və fikirlərinizi söyləyin. • Sizcə, ən ucaboy insanın boyu nə qədərdir? • Hansı heyvan daha sürətlə qaçır? • Ən yüksək zirvənin hündürlüyü nə qədərdir? • Yer üzündə ən ağıllı insan kimdir? Bunu necə müəyyən edirlər? |
1 Bu əhvalat 1951-ci ildə baş verib. İrlandiyada Ginnes zavodunun əməkdaşı Hyu Biver bir tanışı ilə ova çıxır. Ov zamanı onların arasında mübahisə yaranır: hansı quş daha sürətlə uçur? Mübahisə heç bir nəticə vermir, çünki bunu dəqiqləşdirmək üçün mötəbər mənbə yox idi. 2 Sonradan Hyu Biver müşahidə aparır və görür ki, insanlar tez-tez birincilik haqqında mübahisəyə qoşulurlar. O qərara gəlir ki, bir sorğu kitabı nəşr etsin, bu kitabda dünyada baş verən qeyri-adi hadisələr, kəşflər, rekordlar haqqında məlumatları toplasın. 3 Kitabın hazırlanması üçün dünyanın müxtəlif elmi və mədəniyyət mərkəzlərinə, idman klublarına və digər təşkilatlara sorğu məktubları göndərilir. Bu təşkilatlar çox böyük həvəslə müxtəlif sahələrdə rekordlar haqqında dəqiq məlumatlar verirlər. 4 Beləliklə, 1955-ci ildə dünya rekordları haqqında 198 səhifəlik ilk sorğu kitabı işıq üzü görür. Hyu Biver kitaba zavodun təsisçisi Artur Ginnesin adını verir. Kitabın 50000 nüsxəsi az bir müddətdə satılıb qurtarır. İlk illər rekordlar kitabı yalnız kiçik mətnlərdən - rekordlar haqqında məlumatlardan ibarət idi. Sonradan kitaba illüstrasiyalarda əlavə olundu. 5 Rekordlar haqqında məlumatları özündə toplayan kitabın satışı da çox keçmədən rekord nəticələr göstərir. Hazırda Ginnesin "Dünya rekordları" kitabı dünyanın 100-dən çox ölkəsində 37 dildə milyon nüsxələrlə çap olunur. Daha bir rekord: bu kitab dünya kitabxanalarında ən çox oğurlanan kitab kimi də məşhurdur. |