|
1
|
ELM DÜNYASININ ŞAHI
|
1
|
A
|
Sizcə, böyük alimlərə tarixi şəxsiyyət demək olarmı? Fikrinizi əsaslandırın.
|
NƏSİRƏDDİN TUSİ |
Nəsirəddin Tusi məşhur Azərbaycan alimidir. O, Şərqdə ən böyük
elm ocaqlarından biri olan Marağa rəsədxanasını yaratmış, bir çox
elmi əsərləri ilə tarixin yaddaşında qalmışdır.
|
Uşaqlığı və təhsili Nəsirəddin Tusi 1201-ci ildə anadan olub. Alimin əsl adı Məhəmməddir, lakin elm aləmində Nəsirəddin adı ilə tanınıb. Tus onun doğulduğu şəhərin adıdır. O, dövrünün tanınmış alimlərindən dərs almışdı. Nəsirəddin yeniyetmə yaşlarından biliyini artırmaq üçün Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdi. Alim əsərlərinin birində yazırdı: "Mən hələ uşaq ikən atam məni öz riyaziyyatçı dostunun yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də bir sıra şəhərlərə səfər etdim. Hansı elmə aid müəllim tapdımsa, ondan dərs aldım". Yaradıcılığı Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanırdı. O, astronomiya, riyaziyyat, tibb, məntiq və digər elm sahələrinə aid yüzdən artıq əsər yazmışdır. Lakin Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə araşdırmalar xüsusi yer tutur. Ensiklopedik biliklərə sahib olan Tusi az bir vaxtda elm aləmində məşhurlaşır. O, gənc yaşlarında hökmdar sarayına dəvət alır. Hökmdar ondan əxlaq qaydalarına dair əsər yazmasını istəyir. Alim 1235-ci ildə "Əxlaqi-Nasiri" əsərini tamamlayır. Kitabda alimin ailədə və cəmiyyətdə etik qaydalar haqqında nəsihətləri yer alıb. Alimə dünya şöhrəti gətirən bu kitab müxtəlif dillərə tərcümə olunub. Kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq Ələmut qalasına aparılır. O burada uzun müddət məhbus həyatı keçirir. Bütün çətinliklərə baxmayaraq, elmi yaradıcılığına davam edir. |
•
Söz boğçası •
• əxlaq
• məhbus • vəsiyyət • astronomiya • etika • tədqiqat |
Şərqin ilk rəsədxanası
1256-cı ildə Monqol hökmdarı Hülakü xan Asiya üzərinə yürüş edir. Tez bir vaxtda əlçatmaz Ələmut qalasını alır və Tusini azad edir.
Hülakü xan Tusinin nə qədər müdrik və aqil insan olduğunu bilirdi. Ona görə də alimi özünün şəxsi məsləhətçisi təyin edir. Elmə böyük maraq göstərən Hülakü xan ona rəsədxana qurmağı tapşırır.