|
2
|
FATEHLƏR
|
B
|
Rəvayətləri oxuyun.
İsgəndərin xarakterinə diqqət edin. |
İSGƏNDƏR VƏ BUKEFAL
Rəvayətə görə, bir gün tacirlər
Makedoniya hökmdarı Filipə gözəl və güclü bir at təklif edirlər.
Lakin əhliləşməmiş at heç kimi yaxına buraxmır. Filip ondan
imtina edir. Bunu görən İsgəndər qışqırır:
- Qorxudan belə gözəl atı əldən vermək olar?! Bu sözləri eşidən Filip qəzəblənir və oğluna atı minməyi təklif edir. İsgəndər görürdü ki, at öz kölgəsindən qorxur. Ona görə də atın yüyənindən tutub üzü günəşə tərəf çevirir. Bundan sonra o, ata minib çapmağa başlayır. Filip oğlunu qucaqlayıb deyir: - Oğul, özünə münasib şahlıq axtar. Makedoniya sənin üçün çox kiçikdir. Filip atı oğlu üçün aldı. İsgəndər atı Bukefal adlandırdı. Sonralar İsgəndər Bukefalın üstündə çox ölkələr fəth etdi. Asiyada onun şərəfinə Bukefaliya adında şəhər saldırdı. |
•
Söz boğçası •
• fateh
• tuluq • munasib |
- Mən suyu tək içsəm, onlar ruhdan düşərlər.
Bunu görən döyüşçülər ona deyirlər:
- Nə qədər ki sənin kimi hökmdarımız var, bizi heç nə ruhdan sala bilməz.